"MİDA" MMC Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə yaşayış kompleksinin tikintisi üçün elan etdiyi tenderi yekunlaşdırıb.Sahibkartv xəbər verir ki, qalib şirkət, HN Construction MMC-dir."MİDA" qalib şirkət ilə məbləği 18 milyon 190 min 276 manatdır. Müqavilə Lot 1 – 29, 31, 38 və 40 nömrəli 9 mərtəbəli 2 bloklu, 30 və 39 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binalarının tikintisini nəzərdə tutur.
Bundan öncə, HN Construction şirkəti "MİDA"nın elan etdiyi tenderlərdə 5 dəfə qalib olub və cəmi 41 milyon 747 min manatlıq sifarişlər alıb.





































