Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu il Zaqatalada 15 min tondan çox fındıq istehsal olunub

Baxış: 330
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Gürcüstanda da ehtiramla yad edilib.
Dekabrın 4-də Azərbaycanın Gürcüstandakı səfirliyində anım tədbiri keçirilib.
Səfir Faiq Quliyev və səfirliyin əməkdaşları Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda aparılan Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Anım tədbirindən sonra tarixdə ilk dəfə olaraq Gürcüstanda, səfirliyin ərazisində işğaldan azad edilmiş Qarabağ torpağında becərdilmiş və düşmən üzərində şanlı zəfərimizin rəmzlərindən biri olan Xarı bülbül gülü əkilib.
Bununla da Qarabağın ətri, qələbə əzmi Gürcüstana da gətirilib.
Qeyd edək ki, Xarı bülbül gülü Gürcüstana “AS Georgia” şirkətinin direktoru Emin Abbasovun dəstəyi ilə gətirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.