14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
Sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər
1. Sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər Azərbaycan Respublikasının qanunları və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilir. Yoxlamanın predmeti sahibkarın məcburi tələblərə riayət etməsinin qiymətləndirilməsidir.
2. Sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin, yoxlamaların aparılması ilə bağlı normativ hüquqi aktların aydın olmayan və ya bir-birinə zidd müddəaları aşkar edildikdə sahibkara münasibətdə daha əlverişli olan müddəa tətbiq edilir.
3. Sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulmasına görə məsuliyyət tədbirləri yalnız qanunla müəyyən edilir.
Yoxlayıcı orqanların səlahiyyətləri
1. Yoxlayıcı orqanın səlahiyyətləri Azərbaycan Respublikasının qanunları və onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktları ilə müəyyən edilir. Yoxlayıcı orqanların səlahiyyətlərinin təkrarlanmasına yol verilmir.
2. Yoxlamaların təşkili və aparılması ilə bağlı yoxlayıcı orqan tərəfindən normativ hüquqi aktların qəbul edilməsinə yol verilmir.
3. Yoxlayıcı orqanların və onların nəzarət sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Yoxlayıcının səlahiyyətləri və yoxlayıcıya dair tələblər
1. Yoxlayıcının səlahiyyətləri yoxlayıcı orqanın səlahiyyətləri ilə məhdudlaşır. Yoxlayıcılara yoxlamanın aparılmasından başqa digər səlahiyyətlər, o cümlədən sahibkarın fəaliyyətinin məhdudlaşdırılması, yoxlama materiallarına baxılması və nəticələri üzrə qərarın qəbul edilməsi, məsuliyyət tədbirlərinin tətbiqi, cərimələrin toplanması səlahiyyətləri verilə bilməz
2. Yoxlayıcı təmsil etdiyi yoxlayıcı orqanın nəzarət sahəsinə aid olmayan məsələləri yoxlaya və həmin məsələlərlə bağlı materiallarla tanış ola bilməz.
Bölməyə aid digər xəbərlər