Day, Month 00, Year
00: 00: 00 AM
Afərin Şirinov! - SAHİBKAR İXRACINI 4 DƏFƏ ARTIRARAQ 9,1 MİLYONA ÇATDIRIB

Afərin Şirinov! - SAHİBKAR İXRACINI 4 DƏFƏ ARTIRARAQ 9,1 MİLYONA ÇATDIRIB



İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2023-cü ilin Aprel sayında, 2023-cü ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə həyata keçirilən ixracla bağlı qeyri-dövlət (özəl) ixracatçı subyektlərin reytinqi də yer alıb.
Sahibkartv.az xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Şirinov Elvin Valeh oğlu da yer alır. O, 2023-cü ilk 3 ayında 9,1 milyon dollarlıq ixracı ilə 7-ci yerdədir. 2022-ci ilin eyni dövrü ilə müqayisədə Elvin Şirinovun ixracı 4 dəfə artıb. 2022-ci ilin yanvar-mart dövründə Şirinov 2,3 milyon dollarlıq ixraca nail olmuşdu.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın "Yanvar 2023" sayında 2022-ci ilin yanvar-dekabr aylarında qeyri-dövlət ixracatçı subyektlərin reytinqini dərc etmədiyindən ötən il Elvin Şirinovun ixrac məbləği məlum deyil. Onun ixracının məbləği 2022-ci ilin yanvar-noyabr dövründə 41,5 milyon dollara çatmışdı və reytinqdə 5-ci yeri tutmuşdu.
2021-ci ildə Elvin Şirinov qeyri-dövlət (özəl) ixracatçı subyektlərinin reytinqində yer almamışdı.
Elvin Şirinovun pomidor ixracı ilə məşğul olduğu bildirilir.
Fərdi sahibkar 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır və hüquqi ünvanı Yevlax şəhəri, Bakı Prospekti, ev 4-dür.


Tarix: 28-04-2023, 15:02 Oxunub: 137


Bölməyə aid digər xəbərlər