Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sahibkarlarla BOKT-lar arasındakı mübahisələrin mediatorun köməyi ilə həllinə üstünlük veriləcək

Baxış: 337

AMFA və Mediasiya Şurası məkdaşlıq memorandumu imzalayacaq.


Sahibkarlarla BOKT-lar arasındakı mübahisələrin mediatorun köməyi ilə həllinə üstünlük veriləcək

04 aprel 2023-cü il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyası, Mərkəzi Bank və Mediasiya şurasının səlahiyyətli nümayəndələri arasında dəyirmi masa görüşü keçirilmişdir.
Assosiasiyanın yaydığı məlumatda bildirilir ki, görüşdə Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının müdafiəsi şöbəsinin rəhbəri Murad Məmmədov, Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilov və AMFA-nın Müşahidə şurasının sədri Cəlal Əliyev və sədr müavini Süleyman Kələşov çıxış etmişdilər,  mikro və kiçik sahibkarlarla bank olmayan kredit təşkilatları arasında yaranmış mübahisələrin qısa zamanda səmərəli və effektiv həllinda mediasiyanın potential və imkanlarını qeyd etmişdilər. 

Müzakirə zamanı bank olmayan kredit təşkilatlarının müştərilərinin mübahisəli keyslərin məhkəmədənkənar mediatorun (vasitəçinin) köməyi ilə həll edilməsinin üstünlükləri barədə və eyni zamanda maliyyə xidmətlərinin istehlakçıları ilə bağlı mediasiya işlərində ən çox rast gəlinən çətinliklər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlığa xidmət edən təkliflər səsləndirilib. 
Görüşün nəticəsi olaraq AMFA və Mediasiya Şurası arasında qarşılıqlı əməkdaşlıq Memorandumun hazırlanması qərara alınıb. Əməkdaşlıq çərçivəsində Mediasiya şurası tərəfindən BOKT-lərin rəhbər heyəti üçün mediasiyanın fayda və üstünlükləri və AMFA tərəfindən isə mediatorlara mikromaliyyə təşkilatların kreditlərinə dair səciyəvi cəhətlərinə dair seminar və təlimlərin həyata keçirilməsi planlaşdırılıb. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.