Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mikayıl Cabbarov: "Sahibkarlara kredit faizlərinin subsidiyalaşdırılması üzrə 68,5 mln manat ödənilib"

Baxış: 303


Yanvarın 1-dək İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna daxil olmuş müraciətlər əsasında kredit faizlərinin subsidiyalaşdırılması çərçivəsində sahibkarlara 68,5 milyon manat ödənilib.
"Sahibkartv.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
Nazir bildirir ki, Sahibkarlığın İnkişafı Fonduna daxil olmuş müraciətlər üzrə 71,9 milyon manat subsidiyanın verilməsi təsdiqlənib:
“Sahibkarlara dəstək çərçivəsində tətbiq edilən kredit faizlərinin subsidiyalaşdırılması mexanizmi iqtisadi aktivliyin təmin olunmasına və biznes subyektləri tərəfindən daha çox layihənin reallaşdırılmasına imkan yaradır”.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.