Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Sahibkarlar Konfederasiyası Serbiyanın Ticarət və Sənaye Palatası ilə saziş imzalayıb

Baxış: 272


Azərbaycan Sahibkarlar Konfederasiyası Serbiyanın Ticarət və Sənaye Palatası ilə saziş imzalayıb
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Serbiyanın Ticarət və Sənaye Palatası (CCIS) arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Sazişi imzalanıb.
"Sahibkartv.az" bu barədə ASK-ya istinadən xəbər verir.
Məlumata görə, sazişin məqsədi Serbiyada fəaliyyət göstərən biznes dairələri ilə əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, eləcə də ölkəmizdə mövcud olan sahibkarlıq subyektlərinin ixracat-idxalat potensialının və hər iki ölkədə investisiya qoyuluşlarının artırılmasıdır. Sənədə əsasən, ASK və CCIS qarşılıqlı biznes missiyaların, sərgilərin və işgüzar forumların keçirilməsini, potensial layihələrin birgə reallaşdırılmasını, həmçinin, məlumat mübadiləsi və yaxud mütəxəssislər vasitəsilə qabaqcıl təcrübənin öyrənilməsini planlaşdırır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.