Mikayıl Cabbarov Bu il dekabrın 1-nə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması üçün sahibkarlara 67,9milyon manat ödənilib.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.
Nazir bildirib ki, bu tarixə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində Sahibkarlığın İnkişafı Fonduna 6 333 müraciət daxil olub. Bunlardan 5 047-si üzrə subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib.
“Təsdiqlənmiş subsidiyanın məbləği 71,4 milyonmanat təşkil edir və bunun da 67,9 milyonmanatı sahibkarlara ödənilib”, - M.Cabbarov qeyd edib.