Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sahibkarlığın İnkişafı Fondu 10 ayda qadınlara 6 milyon manat kredit verib

Baxış: 355


Sahibkarlığın İnkişafı Fondu 10 ayda qadınlara 6 milyon manat kredit verib
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Azərbaycanda 173 qadın sahibkara təxminən 6 milyon manat kredit verib.
"Sahibkartv.az" xəbər verir ki, bunu Fondun Partnyorlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov Bakıda "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" mövzusunda keçirilən forumda bildirib.
"On ay ərzində isə Fond bütün sahibkarlara 105,6 milyon manat kredit verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Bu ilin sonuna qədər 140 milyon manat güzəştli kredit verilməsi planlaşdırılır", - o deyib.
Xatırladaq ki, Sahibkarlığın İnkişafı Fondu ölkə Prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 007,307 milyon manatdır.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.