Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Pandemiyadan zərər çəkmiş sahibkarların kreditləri üzrə verilən zəmanətin həcmi açıqlanıb

Baxış: 359


Pandemiyadan zərər çəkmiş sahibkarların kreditləri üzrə verilən zəmanətin həcmi açıqlanıb
Özəl sektora dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-ci ilin iyun ayından bu ilin 1 oktyabrınadək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 291,8 milyon manat həcmində zəmanət verilib.
"Sahibkartv.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
"Pandemiyadan zərər çəkmiş sahibkarlara kredit tələbatı 499,8 milyon manat olan 2 630müraciətinə 291,8 milyon manat həcmində zəmanət verilib. Bu kreditlərin illik faiz dərəcəsinin 50 %-nin subsidiyalaşdırılması məqsədilə sahibkarlara 36,2 milyon manat vəsait ödənilib”. - nazir bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.