Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Daha 6 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib

Baxış: 352


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 74-ə çatıb.
Agentliyin yaydığı məlumatda bildirilir ki, “Startap” şəhadətnamələri "Macrocode" MMC-nin kodlaşdırmanı asanlaşdıran onlayn platforması, "Krapp" MMC-nin kredit təşkilatları üçün kreditlərin verilməsi prosesini asanlaşdıran mobil tətbiqi, "Metaflix" MMC-nin milli filmlərin onlayn nümayiş platforması, "Monyo" MMC-nin restoranların məlumat bazası və elektron menyu xidməti, "Tutorlab” MMC-nin onlayn təhsil idarəetmə platforması, fərdi sahibkar Tərxan Yusibovun usta və servis xidmətləri üçün onlayn platforması üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.