Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda dövlətə ərzaq satan sahibkarların fəaliyyəti monitorinq ediləcək

Baxış: 278
Nazirlər Kabineti “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqinin aparılması Qaydaları”nı təsdiqləyib.
"Sahibkartv.az" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Məqsəd Prezidentin 11 aprel 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın 3.1.5-ci yarımbəndinin icrasını təmin etməkdir. Qaydalar istehsalçı və satıcıların ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınmasında iştirakları ilə bağlı “Elektron kənd təsərrüfatı” informasiya sistemi və (və ya) yerində baxış vasitəsilə monitorinqin təşkili və həyata keçirilməsi qaydalarını tənzimləyir. Monitorinq elektron portal vasitəsilə hər il sentyabrın 1-dən oktyabrın 1-dək aparılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.