"Sahibkartv.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Məlumtaa görə, komitənin sədri Tahir Mirkişili deyib ki, Azərbaycanda sahibkarlığın inkişafı dövlət başçısının iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. O, sahibkarlığın inkişafında mikro, kiçik və orta sahibkarlığın xüsusi rolundan danışan komitə sədri bu sahədə görülən işlərin əhəmiyyətini qeyd edib, bildirib ki, ötən müddət ərzində sahibkarlığın dəstəklənməsi istiqamətində həm dövlət, həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən lazımi addımlar atılıb. Sahibkarlara güzəştli kreditlər verilib, subsidiyalar ayrılıb, yeni iş yerlərinin açılmasına şərait yaradılıb. Sədr qanun layihəsinin ölkə prezidentindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu deyib, sənədin bu sahənin tənzimlənməsi və inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
İclasda iştirak edən iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov bildirib ki, dünyada baş verən böhrana baxmayaraq, ölkəmizdə sabit və davamlı inkişaf təmin edilir, mənfi iqtisadi maliyyə təsirlərinin qarşısı alınır, müsbət iqtisadi və sosial inkişaf dinamikası müşahidə olunur, müasir çağırışlara cavab olaraq artıq yeni strateji kursun icrasına başlanılıb. İqtisadi inkişafın təmin edilməsində xüsusi rol oynayan kiçik və orta biznes subyektləri bu proseslərin həyata keçirilməsində mühüm töhfələr verə bilərlər.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə qeyd edib ki, Azərbaycanda KOB-ların mövcud potensialını nəzərə alaraq, onların imkanlarından istifadə olunması mühüm əhəmiyyət kəsb edir. O, təqdim edilən qanun layihəsinin vacib olduğunu, sahibkarların öz fəaliyytlərində ondan lazımınca yararlanacağını söyləyib, bildirib ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkə iqtisadiyyatında KOB-ların payının artırılması istiqamətində layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bu çərçivədə mövcud dəstək mexanizmlərindən istifadə edən KOB-ların əhatə dairəsinin genişləndirilməsi, yeni daha səmərəli ünvanlı dəstək mexanizmlərinin tətbiqi ilə ölkədə mövcud biznes mühitinin inkişafı daha da sürətləndiriləcək. O.Məmmədov təqdim olunan qanun layihəsinin hazırlanması prosesi barədə danışaraq, bu sahədə beynəlxalq təcrübənin öyrənildiyini, layihə ilə bağlı ictimai müzakirələrin keçirildiyini, ekspert rəylərinin nəzərə alındığını diqqətə çatdırıb. O, bildirib ki, müasir tələblərə cavab verən hüquqi tənzimləməni özündə ehtiva edən sənəd ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.
Daha sonra KOBİA-nın İdarə Heyəti sədrinin I müavini Natiq Həsənov “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsini I oxunuşda təqdim edib. O, bildirib ki, 5 fəsil, 15 maddədən ibarət olan qanun mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir. Sənəddə istifadə olunan əsas anlayışlar, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik, dövlət siyasətinin məqsədləri, prinsipləri, əsas istiqamətləri, sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri, dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi, habelə dövlət maliyyə dəstəyi, məsləhət və informasiya dəstəyi, subyektlərin innovasiya, məhsul istehsalı və xidmət sahəsində dəstəklənməsi və digər məsələlərlə bağlı maddələr təsbit olunub. Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulub. Bununla yanaşı, səlahiyyətli qurum sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır. Vahid reyestrin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir. Təqdimatda qanunun qəbulundan sonra gözləntilər, onun icra mexanizmləri və uyğunlaşdırma ilə bağlı nəzərdə tutulan işlər barədə də məlumat verilib.
Müzakirələrdə çıxış edən komitənin sədr müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Rüfət Quliyev, Mahir Abbaszadə, Məşhur Məmmədov yeni qanun layihəsi barədə öz fikirlərini açıqlayıblar, qeyd və təkliflərini səsləndiriblər. Qanunun ölkədə iqtisadiyyatın inkişafına xidmət edəcəyini bildiriblər.
Müzakirələrin sonunda “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi I oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI
16:00 / 17-01-2025
Yaponiyada Robotlar İnsanlara Şeir Yazmağı Öyrədir
15:45 / 17-01-2025
Pensiya və minimum əməkhaqqı artımları bu şəxslərə şamil ediləcək
15:30 / 17-01-2025
İndoneziyada Vulkan Daşları "Almaz" Tapıntısına Səbəb Oldu
15:00 / 17-01-2025
İlham Əliyev və İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb
14:06 / 17-01-2025
Tramp Ermənistandakı rus bazasını çıxaracaq - Rusiyalı general
13:56 / 17-01-2025
Gürcüstanla sərhəd açılıb? - Görüntülər YAYILDI
13:38 / 17-01-2025
İmran Xan 14 il həbs cəzasına məhkum edildi
12:57 / 17-01-2025
Azərbaycan və Gürcüstan Baş nazirlərinin görüşü olub
12:53 / 17-01-2025
Müdafiə Nazirliyi məlumat yaydı - təşvişə düşməyə heç bir əsas yoxdur
11:59 / 17-01-2025
“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi hazırlanıb
Bölməyə aid digər xəbərlər
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi də müzakirə edilib.
Tarix: 29-09-2022, 16:51 Oxunub: 189
Bölməyə aid digər xəbərlər
16-09-2022, 18:39
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
5-09-2022, 10:06
Rüstəm Nağıyev: “Goranboy rayonunda indiyə qədər heç zaman sahibkarlığın inkişafı üçün bu gün olduğu qədər əlverişli şərait mövcud olmayıb”
31-05-2022, 11:44
Milli Məclis dövlət büdcəsinin icrası haqqında layihəni ilk oxunuşda qəbul edib - YENİLƏNİB - 2
25-04-2022, 18:39
“Sahibkarlar Günü”nə həsr olunmuş Konfrans keçirilib
18-03-2022, 09:04
“İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb
16-03-2022, 10:15
Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələri barədə məlumat açıqlanıb
21-01-2022, 12:59
Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
1-11-2021, 19:42
Prezident və Birinci vitse-prezident Şamaxı Gənclər Parkında görülmüş işlərlə tanış olublar
17-09-2021, 14:23
Azərbaycanda Sosial Sahibkarlıq Forumu keçirilib - FOTO
12-08-2021, 22:41
“Post pandemiya reallıqları və gənc sahibkarlar” mövzusunda gənclərlə görüş keçirilib - FOTO
12-08-2021, 15:13
“Post pandemiya reallıqları və gənc sahibkarlar” mövzusunda gənclərlə görüş keçirilib - FOTO
27-04-2021, 13:40
Sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsidir
9-02-2021, 14:40
Güzəştli kreditlərin maksimum həddi 10 milyon manatdır - RƏSMİ
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
9-12-2020, 16:00
Hesablama Palatasının audit fəaliyyəti ilə 130 milyon manatdan çox vəsait bərpa olunub - FOTO
9-12-2020, 16:00
Hesablama Palatasının audit fəaliyyəti ilə 130 milyon manatdan çox vəsait bərpa olunub - FOTO
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
4-08-2020, 20:35
Büdcəyə dəyişiklik layihəsi plenar iclasa tövsiyə olundu
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO