Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sahibkarlığın İnkişafı Fondu bu il 66 milyon manat güzəştli kredit verib

Baxış: 410
Bu ilin əvvəlindən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) 1 589 investisiya layihəsinin maliyyələşdirilməsinə 65,7 milyon manat güzəştli kredit verib.
"Sahibkartv.az" Fonda istinadən xəbər verir ki, kreditlərin say olaraq 96,3%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 2,5%-i sənaye məhsullarının istehsalı və emalı, 0,4 %-i turizm, 0,8%-i isə digər (xidmət, tibb və s.) sahələrin inkişafına yönəldilib.
Kreditlərin məbləğ üzrə isə 71%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 14,8%-i sənaye məhsullarının istehsalı və emalı, 2%-i turizm, 12,2%-i isə digər (xidmət, tibb və s.) sahələrin payına düşüb. 
Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 007,307 milyon manatdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.