Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qarabağda sahibkarlar kommunal xidmət haqqını güzəştli tariflə ödəyə bilər

Baxış: 389


Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən iş adamlarının elektrik enerjisi, təbii qaz və suyun haqqını güzəştli tariflərlə ödəməsi imkanlarını nəzərdən keçirir.
Bunu "Sahibkartv.az"a İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev bildirib.
"Hesab edirəm ki, bu güzəştlərlə bağlı paket 1-1,5 il müddətində hökumətə təqdim ediləcək", - o deyib.
E.Şiriyevin sözlərinə görə, bundan başqa, xammal siyahısı tərtib ediləcək: "Bu siyahı əsasında bəzi xammalların gömrük rüsumlarından azad edilməsi gözlənilir. Bu isə iqtisadi aktivliyin təmin edilməsi üçün həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə yeni istehsal sahələri qurulanda artıq sahibkarlar daha rəqabətli, cəlbedici olacaq"

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.