Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sahibkarların könüllü açıqladığı əməliyyatların illik dəyəri 2 milyard manatı keçib

Baxış: 329


Sahibkarların könüllü açıqladığı əməliyyatların illik dəyəri 2 milyard manatı keçib
Azərbaycanda vergi ödəyicilərinin könüllü qaydada açıqladığı nəzarət olunan əməliyyatların məbləği hər il 2 milyard manatdan çoxdur.
“SAHİBKARTV.AZ” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi Orxan Musayev deyib.
Onun sözlərinə görə, buna görə də hər il transfer qiymətləndirmə ilə bağlı vergi nəzarəti tədbirlərinin aparılması üçün müvafiq risk meyarları əsasında yüksək, orta və aşağı riskli vergi ödəyiciləri müəyyənləşdirilir: "Transfer qiymətləndirmə üzrə müvafiq müqayisəli iqtisadi təhlillərin və yoxlamaların yüksək səviyyədə aparılması məqsədilə məşhur “Bureau van Dijk” beynəlxalq məlumat bazasından istifadə edirik. Onu da qeyd etməliyəm ki, tərəfimizdən “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nın yeni layihəsi təsdiq mərhələsindədir".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.