Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mehriban Əliyevadan Musa Yaqubun qəbirüstü abidəsi ilə bağlı TAPŞIRIQ

Baxış: 419


Heydər Əliyev Fondu Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.
Sahibkartv.az-ın məlumatına görə, bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fonduna tapşırıq verib.
Bu barədə məlumatı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov saytımıza təsdiqləyib.
O bildirib ki, artıq Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması ilə bağlı işlərə başlanılıb.
Qeyd edək ki, M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə vəfat edib.
O, həmin kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.