Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xəzərin sahilində “Dream Fest – 2024” festivalı davam edir

Baxış: 277

Bakıda, “Sea Breeze” istirahət mərkəzində “Dream Fest – 2024” Beynəlxalq Musiqi Festivalı davam edir.

 İyulun 28-də yekunlaşacaq festivalda əksəriyyəti postsovet məkanından, eləcə də Türkiyə, Böyük Britaniya, Kanada və digər ölkələrdən 100-dən çox musiqiçinin çıxışı maraqla izlənilir.

Onların arasında Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Jony (Cahid Hüseynli), həmçinin Xalq artistləri Aygün Kazımova, Emin, isveçli müğənni Bosson, rusiyalı sənətçi Ani Lorak, Azərbaycan əsilli Qazaxıstan müğənnisi Jah Khalib (Bəxtiyar Hüseynov), Mot (Matvey Melnikov) və başqaları var. MDB ölkələri arasında “Ən yaxşı remiks” nominasiyası üzrə “Qremmi” mükafatını alan ilk musiqiçi qazax İmanbek Zeikenov (DJ İmanbek) da festivalın iştirakçısıdır.

Artıq neçə gündür ki, “Sea Breeze” istirahət mərkəzində bir neçə nəsil musiqiçilər populyar mahnılarla mavi Xəzəri salamlayır.

Festival tamaşaçılarının rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobuslar da ayrılıb. Festival məkanına avtobuslar hər gün saat 16:00-dan 20:00-a qədər “Koroğlu” metro stansiyasının cənub çıxışındakı nəqliyyat mübadilə məntəqəsindən yola düşür.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.