Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Film Fondunun direktoru: “Bu gün festivallara görə müəllif kinosunu aşağılayıb üstündən keçirlər”

Baxış: 331


“Bu gün festivallara görə müəllif kinosunu aşağılayıb üstündən keçirlər”.
“Sahibkartv.az” xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Film Fondunun direktoru, kinorejissor, əməkdar incəsənət xadimi Cəmil Quliyev “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda "Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri" adlı II paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müəllif kinosunun resepti yoxdur: "Hər bir rejissorun fitri istedadından, dünya görüşündən, mövqeyindən çox şey asılıdır. Bu gün festivallara görə müəllif kinosunu aşağılayıb üstündən keçirlər. Müəllif kinonu qəlbi ilə çəkməlidir".
C.Quliyev bildirib ki, mövzu seçimi bu gün üçün aktualdır: "Biz gərək müəllif kinosunu inkişaf etdirək. Əks təqdirdə hər hansı inkişafdan danışa bilməyəcəyik. O dövrün kino tarixi artıq yazılıb. Bu gün isə ilk növbədə müəllif kinosunun inkişafı üçün debüt və digər studiyalar yaradılmalıdır. Gənclər öz ideyalarını həyata keçirməyi bacarmalıdır. Bundan sorna mövzu da seçiləcək, festivallarda iştirakı da olacaq. Bütün bu işlər mərhələli şəkildə həyata keçiriləcək".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.