Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə sentyabrın 13-də könüllülük təşkilatlarının nümayəndə heyətinin işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri təşkil olunub.
Səfərin məqsədi Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntı və vandalizmin nəticələrini görmək, işğaldan azad edilmiş torpaqlarda hazırkı mövcud vəziyyətlə tanış olmaq, şəhərin tarixi-mədəni irsi ilə, eləcə də görülən abadlıq-quruculuq işləri ilə tanış olmaqdır.
Səfər çərçivəsində 50-dən çox təşkilat nümayəndəsi Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, Qala divarlarını, Gəncə qapısı, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri, ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələri, inzibati və yaşayış binalarını ziyarət ediblər.
Səfər iştirakçıları 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin şəhid olmuş qəhrəmanlarının ruhlarını ehtiramla yad ediblər.
Ziyarətçilər səfər zamanı Prezident İlham Əliyevin yaxın günlərdə çıxışlarının birində söylədiyi “Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər” sözlərini xatırlayıb, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın zəngin tarixi, mədəni irsini dünyaya çatdırmaq, quruculuq və bərpa işlərində gənclərin də yaxından iştirak edərək, bu şərəfli missiya uğrunda ölkə başçısının tapşırıqlarının uğurla həyata keçirəcəklərini bildiriblər.
Qeyd edək ki, bundan əvvəl Gənclər Fondunun təşkilatçılığı ilə könüllü təşkilatlarının Ağdama səfəri təşkil olunub.
Könüllü təşkilatları Şuşaya səfər etdilər - FOTO
Tarix: 14-09-2021, 17:28
/
Baxış: 1 083
Digər xəbərlər
Xəbər lenti
22:11
16-09-2026
16-09-2026
21:48
16-09-2026
16-09-2026
21:18
16-09-2026
16-09-2026
20:43
16-09-2026
16-09-2026
20:33
16-09-2026
16-09-2026
19:44
16-09-2026
16-09-2026
19:14
16-09-2026
16-09-2026
18:51
16-09-2026
16-09-2026
18:31
16-09-2026
16-09-2026
18:21
16-09-2026
16-09-2026
17:49
16-09-2026
16-09-2026
17:33
16-09-2026
16-09-2026
17:17
16-09-2026
16-09-2026
16:53
16-09-2026
16-09-2026
16:00
16-09-2026
16-09-2026
15:46
16-09-2026
16-09-2026
15:30
16-09-2026
16-09-2026
15:17
16-09-2026
16-09-2026
15:00
16-09-2026
16-09-2026
14:29
16-09-2026
16-09-2026
14:22
16-09-2026
16-09-2026
14:11
16-09-2026
16-09-2026
13:20
16-09-2026
16-09-2026
13:11
16-09-2026
16-09-2026
12:24
16-09-2026
16-09-2026
12:20
16-09-2026
16-09-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Bostandan Bazara Gedən Məhsulun Keyfiyyəti Tarlada Formalaşır
16-09-2026 22:11
/
162
Əkin Sahəsində Atılan Hər Düzgün Addım Yığımda Öz Qarşılığını Verir
16-09-2026 21:48
/
162
Fermerin Ən Böyük Kapitalı Məhsuldarlığını Qoruyan Torpaqdır
16-09-2026 21:18
/
162
Bağların Bərəkəti Ağacların Mövsüm Boyu Aldığı Qayğı ilə Ölçülür
16-09-2026 20:43
/
162
Tərəvəz Sahələrində Sağlam Məhsul Düzgün Becərmədən Başlayır
16-09-2026 20:33
/
153
Bostançılıqda Təcrübə ilə Müasir Yanaşma Birlikdə Daha Çox Bərəkət Yaradır
16-09-2026 20:16
/
162








































