Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şuşanın Yuxarı Gövhər Ağa məscidinin təmiri bitmək üzrədir

Baxış: 280

İşğaldan azad olunan Şuşada yenidənqurma işləri sürətlə davam edir.
Müharibədən sonra Prezident İlham Əliyevin yanvarın 14-də Şuşaya ilk səfəri zamanı istifadə edilən yararsız cığır indi Zəfər yolu ilə əvəzlənib.
Zəfər yolu ilə yanaşı, Füzuli şəhərindən tunellər daxil olmaqla magistral yol tikilir. Bu yol daha geniş və daha qısa olacaq. Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi ki, Füzulidən buraya yüksək gərginlikli xətlər çəkildi, yarımstansiya tikildi.
Düşmənin Şuşanı tərk edən zaman şəhərin su xətlərini partlatması nəticəsində 17 bulaq quruyub.
İndi isə şəhərə iki mənbədən su gəlir. Kanalizasiya xətləri yenidən qurulur. Yuxarı Gövhər Ağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhər Ağa məscidinin təmiri ilə bağlı göstərişlər artıq verilib..

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.