Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Orta Şərqin ən böyük neft-kimya şirkəti yaranır

Baxış: 289
"Saudi Industrial Investment Group" şirkəti, "National Petrochemical Co" şirkətinin bütününü satın alaraq Orta Şərqin ən böyük neft-kimya məhsulları istehsalçılarından birini yaradır. Son vaxtlar "National Petrochemical Co" məhsul qiymətləri güclü artıb.
Səudiyyə Ərəbistanında "Saudi Industrial Investment Group" və "National Petrochemical Co"ın birləşməsilə yeni neft-kimya şirkəti qurulur.
Sahibkartv.az xəbər verir ki, iki şirkətin birləşməsi nəticəsində 11,2 milyard dollar bazar dəyərinə sahib bir şirkət  ortaya çıxacaq. Bu birləşmə, Səudiyyə Əərəbistanının qazanclılığı artırmaq istəyən sənaye şirkətləri arasında artan bir konsolidasiya mühitində reallaşır.
SIIG olaraq tanınan "Saudi Industrial Investment Group"un yaydığı açıqlamaya görə," National Petrochem"in hər səhmi qarşılığında 1,27 ədəd öz səhmini dəyişdirmək istəyir. Bu əməliyyat nəticəsində "National Petrochem"in dəyəri 24 milyard riyal (6,4 milyard dollar) olacaq.
SIIG hal-hazırda "National Petrochem"in yarısına sahib vəziyyətdədir.
Şirkətlər müzakirələrə 2020-ci ilin Sentyabr ayında başlamışdılar.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.