Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan kartofu xaricə daşınır - 100 MİN TONA YAXINLAŞIR

Baxış: 210
Azərbaycandan kartof ixracı artmaqdadır.
Sahibkartv.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2021-ci ilin 8 ayı ərzində (yanvar-avqust) Azərbaycandan 39 milyon 851 min dollar dəyərində 91 min 814 ton kartof ixrac edilib. Dövlət Gömrük Komitəsi ixrac az olduğundan 2020-ci ilin 8 ayında kartof ixracı barədə rəqəmləri açıqlamamışdı.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin sentyabr ayının 1-nə kimi tarlalardan 828,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 9,3 faiz çox kartof yığılıb. 
Azərbaycandan ixrac olunan kartofun böyük hissəsi Rusiya bazarlarına göndərilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.