Day, Month 00, Year
00: 00: 00 AM
SOCAR-dan benzinin bahalaşması ilə bağlı - AÇIQLAMA

2020-ci ildə ölkə daxilində istehlak edilmiş yanacağın təxminən 98 faizi dizel və “Aİ-92” markalı benzinin üzərinə düşür “Aİ-95” və “Premium” markalı benzinin üzərinə isə cəmi istehlakın 2 faizi düşür. 
““Aİ-95” və “Aİ-98” markalı benzinin qiyməti ildə bir neçə dəfə dəyişir. Başqa ölkələrdə isə qiymət həftədə bir neçə dəfə dəyişir. Qiymətlər həm qalxır, həm də düşür. Ötən il Aİ-95 markalı benzinin qiyməti 1.50 qəpikdən 1.10-a qədər düşmüşdü.  Sonra isə tədricən artmağa başladı. Qiymətin düşməsinin və artmasının səbəbi əsasən dünya bazarlarında neftin və neft məhsullarına bağlıdır”.
Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İctimai TV-nin efirində sözügedən markalı benzinin qiymətlərinin bahalaşmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycanda ümumi yanacaq istehlakını götürsək, 2020-ci ildə ölkə daxilində istehlak edilmiş yanacağın təxminən 98 faizi dizel və “Aİ-92” markalı benzinin üzərinə düşür: 
"Bu yanacaq növləri ölkə daxilində istehsal olunur. Dizelin hətta bir hissəsi də ixrac olunur. “Aİ-95” və “Premium” markalı benzinin üzərinə isə cəmi istehlakın 2 faizi düşür. Ölkədə dövriyyədə olan istifadə olan avtoparkın əsas hissəsi də məhz dizel və “Aİ-92” markalı benzinə uyğundur. Lakin tədricən Premium və Süper markalı benzinin növlərinin də istehsalı artmaqdadır. Çünki ölkəyə idxal edilən bir çox benzin növləri ilə işləyən avtomobillər məhz Premium və süper markalı benzin üçün nəzərdə tutulub. 
Bu avtomobillərin yanacaq doldurma yerində göstərilir ki, hansı yanacağın ona vurulması uyğundur. Premium və süper markalı benzin orta və nisbətən zəngin insanlar tərəfindən istifadə olunur. Məhz ona görə də onların sayı nisbətən azdır. 
Premium və super markalı benzinə isə alternativlər elektromobillər hesab edilir. Premium markalı benzin kimin üçün isə bahalı hesab edilirsə, zənnimcə, onlar bu avtomobillərə keçə bilərlər”.
İ. Əhmədov qeyd edib ki, Azərbaycanda bir çox şirkətlər özləri benzini idxal etmirlər:
“SOCAR onlara benzini topdansatış qiyməti ilə satır. Burada cüzi bir fərq ola bilər. Onlar da təxminən eyni qiymətə alıcıya satırlar. Sövdələşmə ilə bağlı məsələlərə SOCAR səlahiyyətli deyil. Buna aidiyyəti qurumlar cavab verə bilir. Müxtəlif ölkələrdə SOCAR yanacaq satışını pərakəndə olaraq həyata keçirir. Həmin ölkələrdə dövlət qurumları SOCAR-a və başqa bazar iştirakçılarına qarşı iddialar qaldıra bilər. İddialara şirkət etiraz edə bilər, məhkəməyə gedə bilər. Ali Məhkəmənin qərarı artıq hökm olur. 
Azərbaycan da hüquqi dövlətdir. Burada da dövlət hansı qərarı çıxaracaqsa, SOCAR da o qərarı qəbul etmiş olacaq”.
Onun sözlərinə görə, gələcəkdə Premium markalı benzin də ölkə daxilində istehsal olunacaq: “2022 və 2023-cü illərdən etibarən biz "Avro 5" standartına uyğun olan dizelin və benzinin istehsalına nail olacağıq. İlk dövrlərdə "Aİ-92" markalı və "Aİ-95" markalı benzin "Avro 5" standartına uyğun istehsal olunacaq”.
Qeyd edək ki, sentyabrın 15-dən “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN-ə qalxıb.


Tarix: 16-09-2021, 18:20 Oxunub: 135


Bölməyə aid digər xəbərlər