Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mərkəzi Bank birləşdirilmiş sığorta xidmətləri satın alır

Baxış: 230

Azərbaycan Respublikasının Mərkəzi Bankı açıq tender elan edib.
Sahibkartv.az xəbər verir ki, tender əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətlərinin satın alınmasını nəzərdə tutur.
Tender proseduru 29 oktyabr 2021-ci il saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.
İddiaçı qismində Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətinə lisenziyası olan, müvafiq sığorta növlərinin aparılması üzrə rəsmi razılıq almış, müvafiq icbari sığorta növləri üzrə İcbari Sığorta Bürosunun İştirakçısı Sığortaçılarının Reyestrinə daxil edilmiş sığorta şirkəti çıxış edə bilər.
İddiaçının tələb olunan kapitalı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 04 mart 2020-ci il tarixli 08/2 nömrəli Qərarına uyğun olaraq qeyri-həyat sığortası fəaliyyəti üzrə sığortaçılar üçün tələb olunan 5 000 000 (beş milyon) manatdan az olmamalıdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.