“Google”da adi proqramçılar illik 353 min dollar, baş proqramçılar isə 475-650 min dollar əmək haqqı alır.
“Amazon” bulud texnologiyaları üzrə mütəxəssislərə tutduqları vəzifələrdən asılı olaraq 90-800 min dollar, “Apple” isə marketinq bölməsi əməkdaşlarına ildə 325 min dollaradək məvacib ödəyir.“Facebook”da baş proqramçılar 360 min dollar, onlayn reklam mütəxəssisləri 330 min dollar, məlumat bazası ilə çalışanlar 130-150 min dollar illik məvacib alırlar.
“Misrosoft” əməkdaşlarına daha yüksək qazanc təklif edir. Belə ki, burada proqramçılara illik 250-350 min, baş proqramçılara isə 600 min dollaradək əmək haqqı verilir.
“Uber” də kompüter mühəndislərinin əməyini yüksək qiymətləndirir. Burada qeyd olunan işlə məşğul olan əməkdaşlar ildə 150-200 min dollar qazanır.
“Intel” və IBM kimi şirkətlər öz proqramçılarına hər il 300-350 min məcavib ödəyir.
“Snapchat” sosial şəbəkəsində isə əmək haqqları 60-500 min dollar arasında dəyişir





































