Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiyanın gəlirli neft ehtiyatları 21 il kifayət edəcək

Baxış: 172
Hazırkı şərtlərə əsasən, Rusiyanın gəlirli neft ehtiyatları 21 il kifayət edəcək.
Sahhibkartv.az xəbər verir ki, bu barədə Tümen Neft və Qaz Forumu çərçivəsində "Rosnedra"nın (Rusiya Mineral Ehtiyatlar Agentliyi) rəhbəri vəzifəsini icra edən Yevgeni Petrov məlumat verib.
"Neft ehtiyatları təxminən 20-21 il üçün kifayət edəcək", -  o deyib.
Petrovun sözlərinə görə, texnologiyalar inkişaf etdikcə bu müddət arta bilər.
Yevgeni Petrov, həmçinin Qərbi Sibirin neft və qaz ehtiyatlarının kəşfiyyatı üçün perspektiv olduğunu vurğulayıb.
Eyni zamanda, Petrov əlavə edib ki, lazımi infrastrukturun olmaması səbəbindən Şərqi Sibirdə karbohidrogen yataqlarının işlənməsi hələ də zərərlidir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.