Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakı enerji rəqabətində irəli çıxdı

Baxış: 207
Hollandiyanın "Vitol Group" beynəlxalq energetika və ticarət şirkəti SOCAR ilə anlaşma imzalayıb.
Sahibkartv.az bildirir ki, anlaşmanın şərtlərinə görə, bu ilin oktyabrından etibarən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ildə Türkmənistanın 1 milyon ton nefti nəql ediləcək.
Beləliklə, Rusiyanın Qara dəniz sahilindəki Novorossiysk limanı vasitəsilə Türkmənistan neftinin nəqli ildə təxminən 50 faiz azalacaq.
Hazırda Türkmənistanın Rusiya ərazisi ilə xam neft tranziti ayda 160 min tondur. Neft tankerlərlə Xəzər dənizində Mahaçqalaya qədər daşınır, oradan boru kəməri ilə Novorossiyskə nəql olunur.
Yeni anlaşma işə düşəndən sonra bu nəqlin həcmi ayda 80 min tona düşəcək.
Beləliklə, türkmən nefti uğrunda Azərbaycanla Rusiya arasındakı rəqabət yeni mərhələyə qədəm qoyur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.