Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bazarlarda gözlər ABŞ inflyasiya məlumatına çevrilib

Baxış: 327

Bu həftə ABŞ-da İstehlakçı Qiymətləri İndeksi (inflyasiya göstəricisi) açıqlanacaq. Qlobal bazarlar bu məlumatın açıqlanmasını maraqla gözləyirlər. Marja xəbər verir ki, iqtisadçılar inflyasiyanın ABŞ-da avqustda cüzi də olsa geriləyəcəyini nəzərdə tuturlar.
Covid-19 epidemiyasında Delta  variantının yayılmasının iqtisadi bərpaya mənfi təsir edəcəyinə dair narahatlıqlar, ötən həftə ərzində ABŞ Mərkəzi Bankı (Fed) tərəfindən yayımlanan hesabatda da əks olunub.

Hesabatda, iqtisadi artımım iyul əvvəlindən avqusta qədər olan müddətdə cüzi gerilədiyi qeyd edilib, iqtisadi fəaliyyətdəki yavaşlamanın səbəbi olaraq; Covid-19 pandemiyasında Delta variantının yayılması səbəbilə bir çox ştatda iaşə, səyahət və turizm sektorlarındakı geriləmə göstərilib.
Analitiklər, Fed rəsmilərinin iqtisadi bərpaya qarşı risklərə qarşı sərt mövqe tutmalarının davam etməsilə Nyu York Birjasında ötən həftə satışın hakim olduğunu qeyd edərək, bu həftə açıqlanacaq ABŞ inflyasiya məlumatlarının səhm bazarlarında oynaqlığı artıra biləcəyini vurğulayırlar.
ABŞ-da inflyasiya məlumatı çərşənbə axşamı günü (14 sentyabrda) Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır. İnflyasiyanın 2021-ci ilin avqust ayında ötən ilin avqust ayı ilə müqayisədə 5,3%, iyul ayı ilə müqayisədə isə 0,4% artacağı gözlənilir. İnflyasiya iyulda illik 5,4%, aylıq 0,5% artmışdı. Baza inflyasiyanın isə illik 4,2%, aylıq 0,3% artacağı proqnozlaşdırılır. İyulda baza inflyasiya illik 4,3%, aylıq 0,3% artmışdı.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.