Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Şahdəniz” yatağına çəkilən xərclər dəfələrlə azalıb

Baxış: 303

2021-ci ilin birinci yarısında “Şahdəniz” layihəsi üzrə fəaliyyətlərə təxminən 1 milyard 140 milyon dollar əməliyyat xərcləri və 366 milyon dollardan çox əsaslı xərclər çəkilib.
“BP Azərbaycan”dan Sahibkartv.az-a verilən məlumata əsasən, 2020-ci ilin birinci yarısının göstəriciləri ilə müqayisədə əməliyyat xərcləri 2,8 dəfə, əsaslı xərclər isə 19 faiz azalıb.
Bildirilib ki, xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub. 
Altı ayda yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə 10 milyard standart kubmetr qaz (iliik müqayisədə 6,4 faiz çox), təqribən 1,9 milyon ton və ya 15,1 milyon barel (illik müqayisədə 300 min barel az) kondensat hasil edilib.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.
“Şahdəniz”də BP (operator 28,8 faiz), TPAO (19 faiz), PETRONAS (15,5 faiz), AzŞD (10 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz), Cənub Qaz Dəhlizi Apstrim (6,7 faiz) iştirak payına sahibdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.