Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şəkər tozunun qiyməti yüksəlməkdə davam edir

Baxış: 352
Dünya bazarlarında şəkər bahalaşmaqda davam edir.
Sahibkartv.az Birləşmiş Millətlər Təşkilatına (BMT) daxil olan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına istinadən xəbər verir ki, FAO Şəkər Qiyməti İndeksi 2021-ci ilin İyul ayında İyun ayı ilə müqayisədə 1,8% artıb və 109,6 bəndə çatıb.  
Şəkər qiyməti indeksi 2016-cı ildən bu yana ən yüksək səviyyəni görüb.
Ötən ilin İyul ayı ilə müqayisədə Şəkər qiyməti indeksi 44,2% artıb. Ötən ilin iyulunda İndeks 76 bənddə idi.
Dünyanın ən böyük şəkər ixracatçısı Braziliyada mənfi hava şəraitinin məhsuldarlığa təsirinə dair qeyri-müəyyənliklər qiymətlərin qalxmasına səbəb olur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.