Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"ADY Express" Azərbaycanda istehsal olunan sementin xaricə nəqlinə başlayıb

Baxış: 381

“Azərbayacan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ixrac rejimində növbəti növ yüklərin nəqlinə başlayıb.
Bu barədə “ADY Express” məlumat yayıb
Məlumata görə, bu dəfə şirkət Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində istehsal olunan sementin dəmir yolu ilə Gürcüstana daşınmasına start verib.
Yüklər Qaradağ stansiyasında, qurumun təqdim etdiyi yarımvaqonlara yüklənərək, Gürcüstanın Kaspi yük stansiyasına çatdırılır. Yüklərin qonşu ölkəyə nəql edilməsi və vaqonların geri dönməsi ümumilkdə 6-7 günə həyata keçirilir.
"ADY Express" bu yüklərin daşınması üçün 50 vaqon ayırıb ki, hər ay 4 belə daşımanın həyata keçirilməsi nəzərdə tutulur. Şirkət hər ay 15 000 ton sementin Gürcüstana nəql edilməsini planlaşdırılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.