Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq

Baxış: 585
Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq


"Layihə 4 əsas blokdan ibarət olmaqla ümumilikdə 67 istiqamət üzrə dəyişiklik təklifini əhatə edir".
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin noyabrın 6-da keçirilən iclasında deyib.

O bildirib ki, layihənin əsas istiqamətləri biznes mühitinin yaxşılaşdırılması və investisiyaların təşviqi, vergitutma bazasının genişləndirilməsi, vergi nəzarəti mexanizmlərinin
gücləndirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsindən ibarətdir:

"Biznes mühitinin yaxşılaşdırılması və investisiyaların təşviqi istiqamətində nəzərdə
tutulan dəyişikliklər mikro və kiçik sahibkarlığın dəstəklənməsini, vergi öhdəliklərinin vaxtında
yerinə yetirilməsinin stimullaşdırılmasını, kənd təsərrüfatında yeni vergitutma mexanizminin
tətbiqini, ayrı-ayrı sektorların inkişafına yönəlmiş tədbirləri, eləcə də bir sıra vergi
güzəştlərinin müddətinin uzadılmasını əhatə edir".

Xidmət rəisinin sözlərinə görə, bu çərçivədə növbəti il üçün təklif olunan mühüm dəyişikliklərdən biri mikro və kiçik sahibkarlığın inkişafının stimullaşdırılmasına, fəaliyyətlərinin dayanıqlılığının təmin edilməsinə və uzunmüddətli böyümə imkanlarının genişləndirilməsinə yönəlib: "Ən azı iki il
kiçik sahibkar kimi fəaliyyət göstərən vergi ödəyicilərinə müəyyən şərtlərlə gəlir və ya
mənfəət vergisi üzrə 5 illik güzəştin tətbiqi nəzərdə tutulur. Aparılmış hesablamalara əsasən,
yalnız bu dəyişiklikdən təxminən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.