Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi

Baxış: 135
Neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi


Neftin qiyməti ABŞ-də xam neft ehtiyatlarının gözlənilməz artması fonunda ucuzlaşıb.

“İnvestorlar Səudiyyə Ərəbistanının Qırmızı dənizə çıxan “Şərq-Qərb” boru kəmərinə hücumdan sonra Yanbu limanında neft yükləmələrini dayandırmasının qlobal tədarükə mümkün təsirlərini qiymətləndirirlər.

“Brent” markalı xam neftin fyuçersləri 0,86% ucuzlaşaraq bir barel üçün 107,82 dollara, ABŞ-nin “West Texas Intermediate” (WTI) markalı neftinin fyuçersləri isə 0,92% azalaraq 104,86 dollara düşüb.

Çərşənbə axşamı hər iki neft markası 3 dollardan çox bahalaşaraq mayın 19-dan bəri ən yüksək səviyyədə qərarlaşıb. Buna Səudiyyə Ərəbistanının Yanbu limanında yükləmələri dayandırması və Avropaya neft tədarükünü azaltması ilə bağlı narahatlıqlar səbəb olub.

Bazar mənbələrinin Amerika Neft İnstitutunun (API) məlumatlarına istinadən verdiyi xəbərə görə, sentyabrın 11-də başa çatan həftədə ABŞ-də xam neft ehtiyatları 7,1 milyon barel artıb. Halbuki analitiklər ehtiyatların təxminən 1,6 milyon barel azalacağını gözləyirdilər.

Eyni dövrdə ABŞ-də benzin və distillat ehtiyatlarının da artdığı bildirilib. “Haitong Futures” analitikləri qeyd ediblər ki, ehtiyatlardakı gözlənilməz artım neft qiymətlərinə təzyiq göstərsə də, ayrı-ayrı regionlarda ehtiyatların artması qlobal xam neft bazarındakı təklif məhdudluğunu aradan qaldırmır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.