Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur

Baxış: 153
Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur


Mərkəzi Asiyadan Avropaya uzanacaq yeni elektrik enerjisi marşrutunda Azərbaycan əsas keçid nöqtələrindən birinə çevrilir.

 Ermənistanın da Azərbaycan-Türkiyə enerji sisteminə qoşulması nəzərdə tutulur. Bunu reavnşist erməni politoloq açıqlamasında bildirib.

Onun sözlərinə görə, layihəyə artıq Türkmənistan qoşulub, Özbəkistan və Qazaxıstan da burada iştirak edir. Qarşıya qoyulan məqsəd Mərkəzi Asiyada istehsal olunan elektrik enerjisini Xəzər dənizinin dibi ilə çəkiləcək kabel vasitəsilə Azərbaycana, daha sonra Ermənistan və Türkiyə üzərindən Avropaya çatdırmaqdır.

Balasanyanın fikrincə, Avropanın regionda sülhün bərqərar olunmasına və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına bu qədər böyük əhəmiyyət verməsinin səbəblərindən biri də məhz sözügedən enerji layihəsidir.

Politoloq prosesə tənqidi yanaşaraq bunun alternativ deyil, bir enerji mənbəyinin digəri ilə əvəzlənməsi olduğunu bildirib:

“Biz Rusiya qazını Avropanın vədlərinə və Azərbaycan elektrik enerjisinə dəyişirik. Əgər Gürcüstan razı olsaydı, Azərbaycan qazını yenidən Rusiya qazı ilə dəyişməyə başlamazdı”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.