
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,66 ABŞ dolları və ya 2,4 % azalaraq 68,88 ABŞ dolları təşkil edib.
Sahibkartv.az-ın hərracların nəticələrinə istinadən məlumatına görə, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 67,31 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,8 ABŞ dolları və ya 2,6 % azalaraq 66,28 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.




































