Day, Month 00, Year
00: 00: 00 AM

Dünyanın ən iri şirkətlərindən biri Azərbaycanda zavodunu açacaq - YENİLƏNİB + FOTO

Azərbaycanın investisiya mühitinin, iqtisadiyyatın dayanıqlığının, həmçinin iqtisadiyyata dəstək proqramlarının, biznesin qısa və orta müddətdə dəstəklənməsini əhatə edən mühüm sənədlərin qəbul edilməsinin nəticəsi olaraq, “Azərbaycan Coca-Cola Bottlers” MMC ölkəmizdə fəaliyyətinin genişləndirilməsini və yeni istehsal sahələrinin yaradılmasını planlaşdırır.
Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir. 
30 milyon ABŞ dollarından çox sərmayə qoyuluşunu nəzərdə tutan investisiya planına əsasən, “Azərbaycan Coca-Cola Bottlers” MMC İsmayıllı, Oğuz və ya Qəbələ rayonlarının birində beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal zavodu quracaq.
Müəssisədə 100-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur ki, bu da bölgədə məşğulluğun daha da artmasına töhfə verəcəkdir.
Qeyd edək ki, 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən Coca-Cola ölkəmizin qeyri-neft sektorunda ən böyük xarici investorlardan biridir. 400 nəfərdən artıq əməkdaşı olan “Azərbaycan Coca-Cola Bottlers” MMC indiyədək ölkə iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb və dövlət büdcəsinə 300 milyon manatdan artıq vergi ödəyib.
15:33
“Bu gün “Coca Cola”-nın yerli nümayəndəliyi olan Azərbaycan “Coca-Cola Bottlers” MMC ilə İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb”.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.
“Dünyanın ən iri şirkətlərindən biri olan Coca-Cola Azərbaycanda öz zavodunu quracaq” - deyə, nazir qeyd edib.



Tarix: 1-02-2021, 15:31 Oxunub: 174


Bölməyə aid digər xəbərlər