Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlərin gələn il tamamlanması nəzərdə tutulur

Baxış: 127
Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlərin gələn il tamamlanması nəzərdə tutulur


Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlərin gələn il tamamlanması nəzərdə tutulur.

Bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz vasitəsilə 2019-cu ildə göndərilən yüklərin həcmi ilə müqayisədə 2024-cü ildə 5 dəfəyə qədər artım əldə olunub: "2024-cü ildə 358 blok qatar Çindən Avropa istiqamətində göndərilib. Bu, həm Azərbaycanın Orta Dəhlizdəki artan nüfuzuna işarədir. Biz hesab edirik ki, bu sahədə bizim hələ də daha geniş potensialımız və imkanlarımız var. Avropa ilə Çin arasında olan ticarət əlaqələrinin cari həcmi və gələcək perspektivi, eləcə də bizim bu sahədə aparılan və genişləndirilən islahatlar bunu deməyə imkan verir".

O qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycanın nəqliyyat sisteminin çox önəmli bir halqasına çevrilərək, həm şərq-qərb, həm də şimal-cənub istiqamətində nəqliyyat bağlantılarının qurulmasında, tranzit yükdaşmalarının həyata keçirilməsində mühüm strateji əhəmiyyətə malik layihədir: "Azərbaycan ərazisi üzrə dəhlizin işləri gələn il ərzində tamamlanması.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.