Day, Month 00, Year
00: 00: 00 AM

Sahibkarlıq subyektlərində nəzarət tədbirləri davam edir

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə noyabrın 25-də keçirdiyi monitorinqlər zamanı Nəsimi rayonunda “Kontakt home” mağazasında, Elçin İbrahimova məxsus “Lombard”da, Sabunçu rayonundaAydın Aslanova məxsus şüşə sexində, Qaradağ rayonunda“King smart super market”də, İkram Əliyevə məxsus meyvə-tərəvəz mağazasında, Xəzər rayonunda “Fərid inşaat malları mağazası”nda, "Zeytun pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Səbail rayonunda “Kingston barbeshop and SPA” ticarət obyektində, Nizami rayonunda “Bəxtiyar market”də, Xətai rayonunda “Nargilə mağaza”da, Mətləb Mehdiyevə, Arif Bəşirova məxsus pərakəndə ticarət obyektlərində, Yasamal rayonunda “Al market”də, Suraxanı rayonunda“Akşam şirniyyat” mağazasında, Nərimanov rayonunda"Tarsa kompozit boya makina" MMC-yə məxsus mağazada, ümumilikdə, 20 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.


Tarix: 28-11-2020, 23:27 Oxunub: 141


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı