Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Külli miqdarda müxtəlif növ tütün məmulatları aşkar edilib

Baxış: 219

Dövlət Gömrük Komitəsi (DGK) əməliyyat-istintaq baş idarəsi və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Pirallahı rayonunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Ford” markalı nəqliyyat vasitəsindən və digər saxlanc yerlərində gizlədilmiş Azərbaycan Respulikasının aksiz markası ilə markalanmayan külli miqdarda, 267806 manat dəyərində 837600 ədəd müxtəlif növ tütün məmulatları aşkar edilib.

DGK-dən bildirilib ki, faktla bağlı komitənin əməliyyat-istintaq baş idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.