Azərbaycan Məktəblərində İqlim Dəyişikliyi Üzrə Yeni Fənn Tətbiq Ediləcək
21:19 / 03-12-2024
Azərbaycanın Şimalında İlk Geotermal Elektrik Stansiyası Tikilir
20:45 / 03-12-2024
Azərbaycan Kənd Təsərrüfatında Dron Texnologiyasını Genişləndirir
20:21 / 03-12-2024
Bakıda İlk Ağıllı İşıqlandırma Sistemi Quraşdırılır
19:47 / 03-12-2024
Qobustanda Yeni Virtual Reallıq Muzeyi Açılacaq
19:23 / 03-12-2024
Bakı Beynəlxalq Avtovağzalında Yeni Servis Xidməti Açılır
18:51 / 03-12-2024
Azərbaycan Dəmir Yollarında "Yaşıl Qatar" Layihəsi Başlayır
18:20 / 03-12-2024
Müasir İncəsənət Parkı Tikilir
17:39 / 03-12-2024
Azərbaycanın Cənubunda Turizm Qəsəbəsi Yaradıla bilər
17:00 / 03-12-2024
Azərbaycanın İdman Arenaları Avropa Standartlarına Uyğun Modernləşdirilir
16:41 / 03-12-2024
Bələdiyyə üzvlərinin sayı məlum oldu
16:00 / 03-12-2024
Tramp hədələdi: 20 yanvaradək etməsələr, dəhşət yaşadacağam
15:30 / 03-12-2024
Azərbaycan Yeni Peyk Texnologiyası Hazırlayır
14:00 / 03-12-2024
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi istefa verib
13:39 / 03-12-2024
Zakir Fərəcov partlayış baş verən əraziyə getdi – FOTO
13:39 / 03-12-2024
Azərbaycanın İqtisadiyyatında "Smart Village" Layihəsi Genişlənir
13:16 / 03-12-2024
UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib
13:02 / 03-12-2024
Sumqayıtdakı partlayışda axtarış-xilasetmə əməliyyatları yekunlaşıb
12:19 / 03-12-2024
Baş nazir rezidentura təhsili ilə bağlı qərar imzaladı
12:09 / 03-12-2024
Meyxanaçı Xəyyam Əhmədlinin dəfn yeri və vaxtı açıqlandı
12:05 / 03-12-2024
Partlayışa görə zərəri kim ödəyəcək? - AÇIQLAMA
12:01 / 03-12-2024
Zelenskidən Moskvaya üçhərfli mesaj - Kremlin reaksiyası
11:56 / 03-12-2024
İlham Əliyev Yəmənin Azərbaycandakı yeni səfirini qəbul edib
11:41 / 03-12-2024
Prezident El-Salvadorun yeni təyin olunmuş səfirini qəbul edib
11:17 / 03-12-2024
İlham Əliyev Mavritaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
11:13 / 03-12-2024
Azərbaycanda təyinat gözləyən yüksək vəzifələr - SİYAHI
11:08 / 03-12-2024
Sumqayıtda baş verən partlayışla bağlı BİRGƏ MƏLUMAT
11:03 / 03-12-2024
Mərkəzi Nəbatat Bağının İdarə Heyətinin sədri təyin edildi
10:45 / 03-12-2024
Türkiyə Azərbaycana yeni səfir təyin etdi
10:40 / 03-12-2024
Axtarışlardan sonra Həbib Nurməhəmmədovun məktəbi bağlanır
10:04 / 03-12-2024
Marin Le Pen 48 saat ərzində Fransa hökumətini devirə bilər
09:59 / 03-12-2024
Novxanıda partlayış olub, yaralananlar var
09:45 / 03-12-2024
İşləyənlərin günlük "parkinq" xərcləri etiraz doğurur
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtda parklanma məntəqələrinin yenidən qurularaq fəaliyyətə başlamasının bu sahədə illərdir mövcud olan problemlərin həllinə yardım edəcəyi də bildirilmişdi. Həqiqətən arzuolunmaz hal alan parklanma və dövlət büdcəsindən kütləvi yayınma halları, eləcə də digər nöqsanlar bu sahədə sistemli müdaxiləni və köklü dəyişikliklərin labüdlüyünü şərtləndirirdi. Bununla yanaşı, parklanma yerlərinin müəyyənləşməməsi avtomobillərin yolboyu qanunsuz və səliqəsiz şəkildə park edilməsinə gətirib çıxarırdı ki, bu da şəhərdə sıxlığın artmasına, nəticədə isə tıxaca səbəb olurdu.
"Parkinq" sistemi 4 aydan çoxdur istifadəyə verilsə də, ilkin müşahidələr göstərir ki, yeni parklanma sistemində əsaslı irəliləyişlər olmasına baxmayaraq, köhnə çatışmazlıqlar qalmaqla bərabər, yeni problemlər də meydana gəlib…
Beləliklə, parklanma tariflərinin müəyyənləşməsi, yeni sistemin nə dərəcədə işlək olub-olması ilə bağlı suallarımızı ekspertə ünvanladıq.
Nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında bildirdi ki, parkinqlərin tariflərinin müəyyən olunmasından keçən müddətdə yeni parkinqlər yaradılıb. Bəzilərində yenilərinin yaradılması ilə bağlı təhlillər aparılır: "Rəsmi olaraq ödənişli parkinq yerlərində əməkdaşlar xidmət aparır, avtomobilini park edən sürücülərə qaydalar, mobil tətbiq üzərindən ödənişlərin necə həyata keçiriləcəyi izah edilir. Düzdür, bəzi nöqsanlar mövcuddur. Bu baxımdan işlərin qısa müddətdə başa çatacağını demək düzgün olmaz, çünki bu sahədə problemlər var və görüləsi işlər çoxdur. Ən azından bu, bir yenilikdir və yeniliyin çətinlikləri və problemləri olur".
E.Muradlı vətəndaşların ən çox narazı olduğu məqamlara da toxundu:
"Ərazidə yaşayanlara güzəşt tətbiq olunsa da, bu güzəşt həmin yerdə işləyən şəxslərə şamil olunmur. Onlar tariflərə uyğun ödəniş edirlər. Bunun başqa fəsadlarını da görürük. Parklanma yerlərindən didərgin düşən sürücülər maşınlarını binaların həyətlərində saxlayırlar. Bu da yaşayış binalarının həyətlərində ciddi problemlər yaradır. Sakinlər rahat hərəkət edə bilmir, hətta həmin binada yaşayanlar öz avtomobillərini saxlamağa yer tapmırlar".
Müsahibimiz vurğuladı ki, vətəndaşları narazı salan məqamlara diqqət etmək lazımdır: "Bu gün yeni sistemin yaxşı tərəfi odur ki, parkinqlərdə yer tapmaq mümkündür. Əvvəl kimsə maşını gətirib, axşama kimi yeri məşğul edirdi. Amma indi heç kim saatı 1 manata, 70 qəpiyə maşın saxlamaq istəmir".
Bəzi yerlərdə nağd ödənişlər tələb edən şəxslərin hələ də fəaliyyət göstərdiyini qeyd edən ekspert dedi ki, onları şəhərin mərkəzindən uzaqlaşdırdıqca, digər ərazilərə üz tuturlar. Əhalinin sıx yaşadığı məhəllələrdə, binaların həyətlərində belə peyda olmağa başlayıblar və vətəndaşlardan pul tələb edirlər.
Ekspert qeyd etdi ki, nağdsız ödənişlərə keçid dövlət siyasətidir və bunun həyata keçirilməsi üçün sistemli tədbirlər görülüb. Bu gün parklanma sistemindən istifadə kimlər üçünsə çətinlik yarada bilər, amma zamanla öyrəşəcəklər. Vaxtilə avtobuslarda kart sistemi tətbiq ediləndə də bəziləri bundan narahat idi, amma indi hamı kart sisteminə üstünlük verir.
Ərazidə işləyənlərin günlük "parkinq" xərcləri etiraz doğurur
Mövzu ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev qeyd etdi ki, "AzParking" tərəfindən parklanma xidmətinin təşkil edilməsi üçün mobil tətbiq hazırlanıb və onun vasitəsilə vətəndaşlar parklanma ilə əlaqədar bütün məsələləri asanlıqla həll edə bilirlər.
SMS vasitəsilə də ödəniş etmək mümkündür ki, bu da yaxşı haldır, çünki bəzi avtomobil sürücüləri smartfondan istifadə etmir və ya internetə çıxışları olmur: "Sürücüləri narahat edən əsas məsələ avtomobili uzunmüddətli park etdikləri halda qiymətlərin yuxarı olmasıdır. Çünki bir saat üçün 1 manat qəbulediləndirsə, 8 saatın ödənişi üçün belə deyil. Bu da sürücülərin haqlı etirazına səbəb olur".
N.Həmzəyevin problemin həlli ilə bağlı müəyyən təklifləri də var. Vətəndaş avtomobilini eyni yerdə saatlarla saxladığı halda müəyyən endirim və ya güzəştli qiymətlər tətbiq oluna bilər. Belə olduğu halda avtomobil istifadəçiləri daha rahat, az xərc ödəməklə parklanma ehtiyaclarını qarşılaya bilərlər. İnsanların iş yerləri şəhərin müxtəlif guşələrində yerləşir və onlar avtomobillərini 8-9 saat həmin ərazidə saxlamalı olurlar. Nəticə etibarilə yalnız bir günə bəzən 8-10 manat parklanma xərcləri çıxır. Bu problem həllini tapacağı təqdirdə yeni xidmət sürücülər tərəfindən daha çox dəstəklənəcək.
Deputat bildirdi ki, yaşayış binalarının, evlərin yanında olan parklanma yerlərinin axşam saat 22:00-dan sonra ödənişsiz olması da düzgün hal deyil. Onun sözlərinə görə, bu yerlərin daha erkən, təxminən saat 20:00-dan etibarən ödənişsiz olması daha məqsədəuyğundur: "Çünki işdən evinə qayıdıb avtomobilini park edən sakindən saat 20:00-22:00 arası yenə müəyyən məbləğ tutulur. Bu da eynilə haqlı narazılığa səbəb olur. Çünki vətəndaş öz evinin yaxınlığında parklanma üçün ödəniş edir".
30 qəpikdən 1 manatadək...
Xatırladaq ki, qaydalara əsasən, artıq "parkinq" məntəqəsi kimi müəyyən edilməyən yerlərdə maşın saxlamaq olmaz, əks təqdirdə cərimə tətbiq olunur. "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği" də yalnız dövlətə məxsus "parkinqlər"də qüvvədədir.
Belə ki, ödəniş məbləği zonalara görə dəyişir. Bakı şəhərində 1 saat üçün ödənişin məbləği mərkəzdə 1 manat, I zonada 0,70 AZN, II zonada 0,40 AZN, III zonada 0,30 AZN müəyyən olunub. IV zonada maşın saxlamaq ödənişsizdir.
Sumqayıt və Gəncə şəhərlərində isə mərkəzdə 0,40 AZN, I zonada 0,20 AZN-dir, II zonada isə ödəniş tələb olunmur.
15 dəqiqəyədək parklanma üçün ödəniş tələb olunmasa da, avtomobil bu müddətdən artıq nə qədər qalmasından asılı olmayaraq tam ödəniş məbləği tətbiq olunur. Həmçinin qaydalara əsasən, nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.
AYNA nə deyir?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən qəzetimizin sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən yeni qaydalar həm tariflərin özünü, həm şəhərin tarif zonalarını, eyni zamanda yığılan vəsaitin xərclənmə istiqamətini müəyyən edir. Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.
Qeyd olunub ki, parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər 3 aydır mobil tətbiq və sms vasitəsilə, yalnız nağdsız qaydada həyata keçirilir. Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz.
Agentlik sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edir: "Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur. Bu günə olan statistikaya əsasən, 189 min 159 nəfər mobil tətbiqi yükləyərək qeydiyyatdan keçib. 24 mindən çox insan isə balansın artırılması əməliyyatını həyata keçirib".
Bildirilib ki, parklanmaya olan tələbatdan asılı olaraq Bakıda şəhərin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. "Yol hərəkəti haqqında" qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Saat 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir.
Şəhərin hansısa hissəsində "parkinq"ə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilmir. Yaşayış yeri parklanma zonasına yaxın olan sakinlərdən ödəniş tələb olunmur. Bunun üçün xüsusi parklanma talonları mövcuddur. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı digər hallarda isə imtiyazlar nəzərdə tutulmayıb.
Müşahidələr göstərir ki, parklanmanın idarə olunmasından sonra əvvəllər avtomobil saxlamaq üçün çətinliklə yer tapılan küçələrdə artıq xeyli sayda boş yer müşahidə edilir. Məlumatda qeyd olunub ki, parklanmanın düzgün idarəedilməsi yollarda xaosun qarşısını alır və küçələrin daha effektiv olmasına şərair yaradır. Eyni zamanda nəqliyyat axınının tənzimlənməsinə, şəhərin nəqliyyat infrastrukturuna, piyadaların və sürücülərin təhlükəsizliyinə imkan yaradır.
Təbii ki, paytaxtda şəxsi avtomobillərin sayının artdığını nəzərə alaraq parklanma ilə bağlı müəyyən problemlərin hələ uzun müddət davam edəcəyi ehtimal olunur. Yeni sistem ilkin mərhələdə müəyyən çətinliklər, problemlər yaratsa da, problemin kökünün müəyyənləşdirilməsi, operativ və ədalətli həlli əsas məsələdir. Yoxsa ünvanından başlayan problemlər böyüyür, şaxələnir və müşkülə çevrilir...
Ümid edirik ki, qısa zamanda bütün yol iştirakçılarının gözü yoldan çəkilər...
Bölməyə aid digər xəbərlər
"Bir günə bəzən 8-10 manat parklanma xərcləri çıxır"

Tarix: 3-11-2023, 12:21 Oxunub: 105
Bölməyə aid digər xəbərlər
11-10-2023, 10:30
"Skripkanı çalan Fransadır" - PREZİDENT QARABAĞDAKI VƏZİYYƏT BARƏDƏ GENİŞ MƏLUMAT VERDİ
1-08-2023, 09:56
Azərbaycanda parklanma üçün mobil proqram təqdim edildi
20-06-2023, 10:27
"Taksilər şirkətimə böyük ziyan vurub"
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
27-12-2022, 19:08
Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra infrastruktur obyektlərinin inşası tamamlanıb - YENİLƏNİB
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
9-06-2022, 14:20
Ötən ay Azərbaycanın avtomobil bazarında qiymətlər stabil qalıb
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
23-01-2022, 23:18
Polis Bakıda qanunsuz parklanma ilə bağlı reydlərə başlayır
10-11-2021, 15:56
Avtomobil bazarında dəyişikliklər olacaq: Qiymətlərdə balanslaşdırma aparılır - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU