
Misli Premyer Liqasında bu gün XIV tura start veriləcək.
İlk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Qarabağ" səfərdə "Zirə" ilə üz-üzə gələcək. Görüş Zirə İdman Kompleksinin stadionunda, saat 17:00-da start götürəcək.
"Qarabağ" hazırda turnir cədvəlində 29 xalla lider mövqeyindədir. 26 xala malik "Zirə" isə ikincidir.
Misli Premyer Liqası
II dövrə, XIV tur
6 dekabr (şənbə)
17:00. "Zirə" – "Qarabağ"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, XIV tura dekabrın 9-da yekun vurulacaq.



































