19:11 / 22-02-2025
18:52 / 22-02-2025
18:23 / 22-02-2025
18:00 / 22-02-2025
17:44 / 22-02-2025
17:22 / 22-02-2025
16:39 / 22-02-2025
16:16 / 22-02-2025
15:41 / 22-02-2025
15:18 / 22-02-2025
14:46 / 22-02-2025
14:21 / 22-02-2025
13:50 / 22-02-2025
13:44 / 22-02-2025
13:18 / 22-02-2025
13:00 / 22-02-2025
09:13 / 22-02-2025
09:00 / 22-02-2025
22:11 / 21-02-2025
21:42 / 21-02-2025
21:33 / 21-02-2025
21:23 / 21-02-2025
20:32 / 21-02-2025
20:18 / 21-02-2025
19:49 / 21-02-2025
19:31 / 21-02-2025
19:19 / 21-02-2025
18:51 / 21-02-2025
18:30 / 21-02-2025
18:21 / 21-02-2025
Azərbaycan hökuməti xaricdən xarici valyutada cəlb etdiyi borclarından xilas olur. Əvəzində daxili bazardan vəsaitlər cəlb edir. Gələn il bu proses davam etdirilərək xarici dövlət borcunun 1 milyard 949,5 milyon manat (1 milyard 146,8 milyon dollar) azaldılması, daxili borcunun isə 2 milyard 824 milyon manat artırılması nəzərə tutulur.
2023-cü ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 26 milyard 803,6 milyon manat səviyyəsində olacağı gözlənilir və 119 milyard 650 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-nin 22,4 faizini təşkil edəcəkdir.
Sahibkartv.az-ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin dərc etdiyi "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Qeyd edilib ki, 2023-cü ilin sonunda xarici dövlət borcu 10 milyard 848,2 milyon manat (6 milyard 381,3 milyon ABŞ dolları) və ya ÜDM-nin 9,1 faizi həcmində, daxili dövlət borcu isə 15 milyard 955,4 milyon manat və ya ÜDM-nin 13,3 faizi həcmində olacağı gözlənilir.
2024-cü ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 27 milyard 678 milyon manat səviyyəsində olacağı gözlənilir və 118 milyard 383,3 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-nin 23,4 faizini təşkil edəcəkdir. Həmin dövrdə xarici dövlət borcu 8 milyard 898,7 milyon manat (5 milyard 234,5 milyon ABŞ dolları) və ya ÜDM-nin 7,5 faizi həcmində, daxili dövlət borcu isə 2024-cü ilin sonuna 18 milyard 779,4 milyon manat və ya ÜDM-nin 15,9 faizi həcmində olacağı gözlənilir.
Beləliklə, ümumilikdə yeni çağırışlarla əlaqədar yaranan əlavə maliyyə tələbatının təmin edilməsi üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı həddinin 2024-cü ilin sonuna 24,0 faiz müəyyən edilməsi, ortamüddətli dövrün sonuna (2027-ci il) 17,5 faiz, dövlət borcunun ÜDM-ə nisbət göstəricisi üzrə isə 2027-ci ilin sonuna hədəflənən yuxarı həddin 30,0 faiz səviyyəsində olması təklif olunur
Bölməyə aid digər xəbərlər