"Süni Zəka Müəllifləri: Kitablar və Ssenarilər Real Zamanda Yazılacaq"
22:12 / 15-04-2025
"AI ilə Virtual Françayzinq Modeli Yaradılacaq"
21:47 / 15-04-2025
"İş Görüşmələrində İnsan Yerinə AI Suallar Verəcək"
21:16 / 15-04-2025
"Süni Zəka ilə Qeyri-Maddi Aktivlərə Sahib Olmaq Asanlaşacaq"
20:45 / 15-04-2025
"AI Məzunları: Diplom Yerinə Ağıllı Portfel"
20:30 / 15-04-2025
"Rəqəmsal İdeya Fabrikləri: Fikirləri AI doğuracaq"
20:20 / 15-04-2025
"AI əsaslı Ticarət Robotları Kiçik Sahibkarlara Böyük Şans Verir"
19:49 / 15-04-2025
"Süni Zəka Freelancer Bazarında Yeni Dövr Başladacaq"
19:30 / 15-04-2025
"Gələcəyin Məktəbləri Mobil Tətbiq Kimi İşləyəcək"
19:17 / 15-04-2025
"AI Mentorlar Sahibkarlara Real Zamanlı Yol Göstərəcək"
18:52 / 15-04-2025
"Süni Zəka ilə Qlobal Dil Öyrənmək 10 Gündə Mümkün Olacaq"
18:30 / 15-04-2025
"AI ilə 5 Dəqiqədə Şəxsi Brend Yaratmaq Mümkün Olacaq"
18:21 / 15-04-2025
"Virtual Ofis Köməkçiləri İnsan Resurslarını Əvəz Edəcək"
17:46 / 15-04-2025
"AI Dəstəkli Rəqəmsal Fermerlər Yeni Gəlir Sahəsi Açır"
17:30 / 15-04-2025
"Gələcəyin Karyera Planları AI tərəfindən Hazırlanacaq"
17:16 / 15-04-2025
"AI Startapları Artıq Özü Özünü Yaradır"
16:45 / 15-04-2025
"Kod Yazmadan Biznes Quranlar Dövrü Başlayır"
16:18 / 15-04-2025
Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
16:00 / 15-04-2025
"Süni Zəka ilə Şəxsi Universitet: Hər Kəs Öz Təhsil Yolunu Yaradacaq"
15:41 / 15-04-2025
Putinin 9 may hədəfi - Trampın verdiyi möhlət bitir
15:30 / 15-04-2025
AI-Tutor Məktəbləri: Şagirdlərin Öz Süni Müəllimi Olacaq
15:17 / 15-04-2025
AI Kolleqalar Dövrü: Ofislərdə İnsanlarla Bərabər Süni Zəka da Maaş Alacaq
15:00 / 15-04-2025
Paşinyan erkən seçkilərə getmək zorunda - Bakıdan tək çağırış
14:22 / 15-04-2025
DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı
13:30 / 15-04-2025
Trampın Çin qərarı: Avropa fəlakətlə üzləşib
13:11 / 15-04-2025
Paşinyandan müharibə ilə bağlı AÇIQLAMA
12:53 / 15-04-2025
Azərbaycan əhalisinin sayı açıqlandı
12:17 / 15-04-2025
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
12:13 / 15-04-2025
1-ci sinfə qəbulda yenilik - Valideynlərin nəzərinə
12:10 / 15-04-2025
ŞAD XƏBƏR: Dövlət bu şəxslərə ev verəcək
10:43 / 15-04-2025
Axtarışda olan 12 nəfər tutuldu
10:33 / 15-04-2025
"1000 manatlıq taxılı qorumaq 10-11 manat, meyvə bağları üçün 15-20 manat sığorta ödənişi tələb edilir"

Azərbaycandaəkin sahələrinə dəyən zərərlər, o cümlədən may-iyun aylarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində yaranan zərərlərə görə aqrar sığorta ödənişlərinə yaxın günlərdə başlanacaq.
Bu barədə İsmayıllı rayonunda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbirdə bildirilib.
Aqrar Sığorta Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Dağlıq Şirvan iqtisadi rayonunda baş verən sel-subasma nəticəsində fermerlərə dəyən zərər, bu hadisələrin vurduğu zərərin qarşılanmasında aqrar sığortanın əhəmiyyəti və fermerlər üçün faydaları açıqlanıb.
İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarından olan fermerlərin də iştirak etdiyi tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev rayonda aqrar sektorun, cümlədən əkin sahələri, meyvə bağları və heyvandarlıq təsərrüfatlarının inkişafı barədə məlumat verib. Bununla yanaşı, E.Musayev, son dövrlər baş verən sel-subasma hadisələrinin rayondakı təsərrüfatlara böyük zərər vurduğunu bildirib, belə halların qarşısının alınması üçün fermerləri aqrar sığortadan faydalanmağa dəvət edib.
Tədbirdə qeyd edilib ki, dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta vasitəsilə bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Fermerlərə dəstək üçün aqrar sığorta haqqının 50%-ni dövlət ödəyir.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov xatırladıb ki, Dağlıq Şirvan regionu aqrar sığortadan ən çox faydalanan bölgələrdən biridir. Belə ki, ölkədə əkin sahələri üzrə ilk aqrar sığorta ödənişi İsmayıllı rayonunda həyata keçirilib. Ümumilikdə isə Aqrar Sığorta Fondu tərəfindən Dağlıq Şirvan bölgəsindəki fermer və təsərrüfatlara indiyədək 450 min manata yaxın sığorta ödənişi edilib.
Qeyd edək ki, Dağlıq Şirvan bölgəsi 2023-cü ildə iqlim hadisələrindən ən çox zərər çəkən bölgələrdən olub, bu ərazidə xüsusilə sel-subasma hadisələri böyük zərərlər törədib.
Fuad Sadıqov bildirib ki, 2023-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti, sel və daşqınlar səbəbindən sığorta hadisələri kəskin artıb, nəticədə bu il sığorta ödənişləri daha da artacaq. Fond sədri bildirib ki, Aqrar Sığorta Fondu hadisələri qarşılamaq üçün zəruri ehtiyatları yaradıb və fermerlərə dəyən zərərin ödənilməsinə yaxın günlərdə başanılacaq.
Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri quraqlıq, sel-subasma və 3-cü şəxslərin hərəkəti nəticəsində dəyən zərərlərə görə ödənişlərin verilməsi, dəyən zərərin hesablanması ilə bağlı sual və təkliflərini səsləndiriblər.
Fermerlər xüsusilə dəmyə ərazilərində quraqlıq risklərindən sığortanın tətbiqi ilə bağlı Fond rəhbərliyinə suallar ünvanlayıblar. ASF-nin idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki hazırda Fond quraqlıq risklərindən sığorta üzrə yeni mexanizmin hazırlanması üzərində işləyir.
Fond rəhbəri qarşıdan payızlıq əkin mövsümünün gəldiyin xatırladaraq fermerləri vaxt itirmədən əkin sahələrini sığorta etməyə, eləcə də əldə edəcəkləri məhsulun həcmini düzgün bəyan etməyə çağırıb.
Tədbirdə bildirilib ki, Dağlıq Şirvan regionunda 1000 manatlıq taxıl məhsulunu qorumaq üçün cəmi 10-11 manat məbləğində sığorta ödənişi tələb edilir, meyvə bağlarının sığortalanmasında isə bu məbləğ 1000 manatlıq məhsul üzrə 15-20 manat arasında dəyişir.
İsmayıllı rayon İcra hakimiyyəti, Aqrar Sığorta Fondu və fermerlər arasında fikir mübadiləsi formasında keçirilən görüşdə Aqrar Sığorta Fondunun elektron yenilikləri – «Aqrar Sığorta Kalkulyatoru» və «Sığorta şəhadətnaməsini yoxla» xidmətləri barədə məlumat verilib.
Fermerlərlə görüşlə yanaşı, sentyabrın 26-da Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov İsmayıllıda vətəndaş qəbulu da keçirib. Qəbulda İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Yevlax və sair bölgələrin vətəndaşları iştirak edib.
Qəbul zamanı əkin subsidiyaların ödənilməsi, aqrar sığorta haqlarının hesablanması və ödənişi, baş verən hadisələrə görə, sığorta ödənişlərinin həyata keçirilməsi ilə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan bəzi məsələlərin həlli ilə bağlı yerindəcə göstəriş verilib, digər məsələlər araşdırmaya götürülüb.
Bölməyə aid digər xəbərlər
Əkin sahələrinə dəyən zərərə görə sığorta ödənişləri başlayacaq – İsmayıllıda Aqrar Sığorta ilə bağlı regional tədbir keçirilib

Tarix: 29-09-2023, 15:16 Oxunub: 192
Bölməyə aid digər xəbərlər
21-09-2023, 14:47
"Qiyməti 300 manat olan qoyunları 9-10 manata, 2000 manatlıq inəkləri 61-95 manata sığorta etmək mümkündür"
6-09-2023, 15:32
İdxalı ƏDV-dən azad olunan əsas vəsaitlərin siyahısı təsdiq edilib
20-07-2023, 10:07
"Tezliklə fermerlərə zərər ödənişlərinə başlanılacaq"
12-05-2023, 17:02
Aqrar Sığorta Fonduna qeyri-sabit hava şəraitinə görə müraciətlərin sayı 200-ə yaxınlaşıb
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
4-08-2022, 14:54
Sığortalı əkin sahələrinə dəymiş zərərlərin qiymətləndirilməsi yekunlaşmaq üzrədir - FOTO
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
14-03-2022, 09:38
Azərbaycanda taxıl sahələrini qasırğa vurdu – BÖYÜK ZƏRƏR
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
24-09-2021, 23:28
Azərbaycanda əkin sahəsinin sığortası üzrə - İLK ÖDƏNİŞ HƏYATA KEÇİRİLİB
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO