21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
Adətən mərkəzi banklar faizlərini artırdığı dövrdə insanlar yığıma üstünlük verirlər və banklarda əmanətlər artır. Azərbaycanda isə mərkəzi bankın faizlərinin nisbətən yüksək olduğu şəraitdə əhalinin əmanətləri azalıb. Bunun səbəblərindən biri Mərkəzi Bankın uçot dərəcəsini artırmasına baxmayaraq aparıcı bankların əmanət faizlərini demək olar ki, qaldırmamalarıdır.
Sahibkartv.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ilin avqust ayında əhalinin banklardakı əmanətləri (fiziki şəxslərin və fərdi sahibkarların əmanətləri) 125,4 milyon manat azalıb. Belə ki, əhalinin əmanətləri 2023-cü ilin iyul ayının sonunda 12 milyon 705,5 milyon manat ikən, avqust ayının sonunda 12 milyard 580,1 milyon manat təşkil edib.
Əhalinin əmanətlərinin azalması fiziki şəxslərin tələbli depozitlərinin azalması ilə əlaqədardır. Belə ki, avqust ayında fiziki şəxslərin tələbli depozitləri 199,2 milyon manat azalaraq 5 milyard 584,5 milyon manata düşüb.
Əhalinin müddətli əmanətləri isə 45,91 milyon manat artaraq 6 milyard 691,5 milyon manata yüksəlib. Müddətli əmanətlərdəki 45,91 milyon manatlıq artım da uçot dərəcəsinin yüksək olduğu dövr üçün aşağı artımdır.
Avqustda sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri isə 27,9 milyon manat artaraq 304,1 milyon manata çatıb.
2023-cü ilin 8 ayı ərzində (yanavr-avqust) fiziki şəxslərin müddətli əmanətləri 487,4 milyon manat, tələbli əmanətləri isə 305,7 milyon manat artıb.
Bölməyə aid digər xəbərlər