Azərbaycanda “Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsində edilmiş dəyişikliklər avqustun 1-dən qüvvəyə minib.
Həmin dəyişikliklərə görə, mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, həmçinin konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün növ nəqliyyat vasitələrinin, o cümlədən skuter və mopedlərin sahibləri “A1” alt kateqoriyalı sürücülük vəsiqəsinə malik olmalıdır.
Bu isə sözügedən nəqliyyat vasitələri ilə kuryer xidməti göstərən şirkətlər üçün həssas məsələdir. Artıq bəzi şirkətlər müştərilərinə məktub göndərərək yeniliyin onların fəaliyyətinə mənfi təsir etdiyini açıqlayıblar. Bəs skuter və moped sürücülərinə qarşı vəsiqə tələbi nəyi dəyişəcək? "Report" mövzunu nəqliyyat sahəsi üzrə ekspertlərlə müzakirə edib.
Onlardan biri Yasin Mustafayev qanunda edilmiş bu dəyişikliyi müsbət hal sayır. Ekspertin sözlərinə görə, vəsiqə tələbi sürücüləri nizam-intizamlı olmağa sövq edəcək: “Skuter və mopedlərin idarə edilməsində intizamsızlıq, digər hərəkət iştirakçılarının nəzərə alınmaması heç bir çərçivəyə sığımır. Hər bir hərəkət qanun çərçivəsində olmalıdır. Bu baxımdan mühərrikin həcmi 50 kubsantimetrdən artıq olan nəqliyyat vasitələri ilə bağlı bu yenilik çoxdan qüvvəyə minməli idi. Dünya təcrübəsində də var ki, hər bir nəqliyyat vasitəsini ona uyğun kateqoriyası olan sürücülük vəsiqəsi ilə idarə etmək lazımdır. Bu qaydalara riayət edilmədikdə isə cərimələrin tətbiqi işə düşür. Əvvəllər sürücülük vəsiqəsi yox idi və cərimələr də tətbiq edilmirdi. Moped və bu kimi nəqliyyat vasitələrinin sürücüləri də rahat idilər. Amma indi cərimə və balların tətbiqi artıq nizam-intizamın formalaşmasına səbəb olacaq. Amma yeni qaydaların ilk tətbiqi zamanı müəyyən çətinliklər olacaq. Çünki əksər skuter, moped sürücülərinin sürücülük vəsiqəsi yoxdur. Amma tədricən işlər yoluna düşəcək. Sürücülük vəsiqəsinin olması ilk sürücülük bilgilərinə malik sürücülərin olması deməkdir. Bu isə təbii ki, onların iştirakı ilə qəzaların sayının azalmasına səbəb olacaq”.
"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin rəhbəri, nəqliyyat sahəsi üzrə digər ekspert Elməddin Muradlı isə hesab edir ki, son zamanlar skuterlərin və mopedlərin iştirakı ilə artan yol qəzaları yeni qanunun qüvvəyə minməsini zəruri edib: “İstənilən halda yeniliklər olanda bundan narazı olanlar tapılır. Hər kəs də özünə görə haqlıdır. Məsələn, taksi sisteminin tənzimlənməsi ilə bağlı məsələlərdə də oxşar hal yaşanır. Hamı narazıdır ki, niyə narkomanlar taksi sürür, amma çox adam da istəmir ki, qayda-qanun bərpa olunsun. Məsələnin həllinə gələndə də müəyyən adamlar narazı qalır. Skuter və mopedlərlə bağlı məsələdə vəziyyət heç də ürəkaçan deyil. Çünki onların iştirakı ilə yol-nəqliyyat hadisələrinin sayı getdikcə artır. Bu tipli qəzalar artdıqca artıq təhlillər, araşdırmalar aparılır ki, bunlar nədən baş verir?! Ortaya çıxır ki, skuter və mopedlərin iştirakı ilə baş verən hadisələrin əksəriyyətində sürücülər naşıdır. Qanunvericilikdə də var ki, mühərrikin işçi gücü 50 kubsantimetr və yüksək olan skuterləri idarə edən şəxs zamanı “A1” alt kateqoriyası üzrə sürücülük vəsiqəsinə malik olmalıdır. Pandemiya dövründə moped və skuterlərin daha çox həyatımıza daxil olması başqa mənzərə yaratdı".
E.Muradlı bəzən motosikletlərin moped adı ilə istifadə edilməsi hallarına rast gəlindiyini də qeyd edir: "Son zamanlar işçi gücü 125 kubsantimetr olan nəqliyyat vasitələri çox yayılıb. Hansı ki, onlara moped obrazı yaradılıb. Amma yol polisləri də təcrübəlidir və mopedlə motosikletin fərqini bilirlər. Araşdırırlar, saxlayırlar və məlum olur ki, bu moped yox, motosikletdir. Təsəvvür edin, bu qədər sui-istifadə halları artıb. Əgər cərimə meydançalarına baxsanız görərsiniz ki, bu tipli onlarla nəqliyyat vasitələri duracağa qoyulub. Çünki bəzilərinin onları sürmək hüququ yoxdur. Sürücülük vəsiqəsinin alınması tələbinin fəlsəfi tərəfi ondan ibarətdir ki, sürücülərdə heç olmazsa ilkin vərdişlər formalaşsın. Sürücülər ən azından bilməlidir ki, bu nəqliyyat vasitəsi necə işə düşür, aşağı sürətdə necə sürülür, küləkli havada sürmək olar, yoxsa olmaz? Dəfələrlə görmüşük ki, küləkli, yağışlı havada bu nəqliyyat vasitələrinin iştirakı ilə qəzalar baş verib. Belə qaydaların tətbiqini bəzi insanlar sosial məsələlərlə qarışdırır, insanların dolanışığını önə çəkirlər. Amma onlar anlamır ki, həmin qayda-qanuna əməl edilməməsindən hər dəfə neçə insan dünyasını dəyişir. Bəs bunları kim düşünməlidir?”.
“HRVision AI” – İşə qəbulda obyektivlik və effektivlik yaradan sistem
20:22 / 25-04-2025
Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video
20:10 / 25-04-2025
“VoiceSales” texnologiyası: Sadəcə danışaraq məhsul satmaq dövrü başladı
17:47 / 25-04-2025
“QrafikGen AI” – Marketinq Vizualarını Avtomatik Hazırlayan Sistem
16:44 / 25-04-2025
Tramp ermənilərin gözləntilərini puç etdi
16:00 / 25-04-2025
Paris Bakıdan ehtiyat edir, səbəb isə... - Fransalı ekspert
15:30 / 25-04-2025
“TrainAI Pro” – Əməkdaşlar üçün Fərdi Təlim Proqramları Hazırlayır
15:16 / 25-04-2025
Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub
15:06 / 25-04-2025
Sabah 32 dərəcə isti olacaq
14:22 / 25-04-2025
Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
13:32 / 25-04-2025
İstanbulda Rusiya-Türkiyə danışıqları başladı
13:27 / 25-04-2025
“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi
12:56 / 25-04-2025
Sahibkarlar İlham Əliyevə müraciət ünvanlayıblar
12:25 / 25-04-2025
Ermənistan sadəcə olaraq yox olacaq - Yeqanyan
11:46 / 25-04-2025
Azərbaycanda skuter və moped sürücülərinə qarşı vəsiqə tələbi nəyi dəyişəcək?

Bölməyə aid digər xəbərlər

Tarix: 3-08-2023, 14:24 Oxunub: 218
Bölməyə aid digər xəbərlər
20-06-2023, 11:23
Dövlət reyestrinə daxil edilməyən dərmanların satışı qadağan olunur
31-05-2023, 17:07
"Gələn ilin sonuna qədər biz böyük dərinlikdən ilk qaz alacağıq" - PREZİDENTİN ÇIXIŞI
31-05-2023, 16:35
Prezident İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edib - YENİLƏNİB-3
27-03-2023, 13:23
ƏSF rəsmisi: "Bu günədək bağlanmış bankların əmanətçilərinə 1,5 milyard manat kompensasiya ödənilib"
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
16-09-2022, 18:39
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
24-12-2021, 11:25
Bəzi yollarda buzlaşma var - AÇIQLAMA
10-11-2021, 15:56
Avtomobil bazarında dəyişikliklər olacaq: Qiymətlərdə balanslaşdırma aparılır - FOTO
23-09-2021, 12:27
Sahibkarsan? Biznesin artıq CİBindədir!
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO