Qlobal silah xərcləri 2022-ci ildə real ifadədə 3,7% artaraq 2,24 trilyon dollara çatıb.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə İsveçin paytaxtı Stokholmda fəaliyyət göstərən Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında bildirilib.
Silaha ən çox pul xərcləyən ölkələr ABŞ, Çin və Rusiyadır. Ukraynadakı vəziyyət və Şərqi Asiyadakı gərginlik 2022-ci ilə kimi səkkizinci il ardıcıl olaraq davam edən artımın əsas hərəkətverici qüvvəsi olub.
Avropada hərbi xərclərin artımı 13% təşkil edib. Bu, əsasən, birbaşa Rusiya və Ukrayna arasındakı münaqişə ilə bağlı idi, lakin Ukraynaya göstərilən yardım və Rusiya Federasiyasının artan təhlükəsi ilə bağlı narahatlıqlar digər ölkələri hərbi büdcələrinə yuxarıya doğru yenidən baxmağa məcbur edib.
Hesabat müəllifləri qeyd ediblər ki, Mərkəzi və Qərbi Avropada hərbi xərclər yenidən soyuq müharibə illəri səviyyəsinə qayıdıb. Mərkəzi Avropada keçən il silah xərcləri 345 milyard dollar təşkil edib və real ifadədə ilk dəfə olaraq 1989-cu ildəki rəqəmi üstələyib və 2013-cü illə müqayisədə 30% yüksək olub. Hərbi xərclərdə ən kəskin artım Finlandiyada (36%), Litvada (27%), İsveçdə (12%) və Polşada (11%) qeydə alınıb.
ABŞ-ın hərbi xərcləri 2022-ci ildə 877 milyard dollar təşkil edib ki, bu da qlobal həcmin 39%-nə bərabərdir və reytinqdə ikinci yeri tutan Çinin hərbi xərclərinin həcmindən üç dəfə çoxdur. Hesabat müəllifləri qeyd ediblər ki, 1981-ci ildən bəri ən yüksək həddə çatan inflyasiya olmasaydı, ABŞ-da hərbi xərclər daha da böyük olardı.
2022-ci ildə ABŞ-ın Ukraynaya hərbi yardımı 19,9 milyard dollar təşkil edib. Bu, Soyuq Müharibə bitdikdən sonra bir alıcıya ayrılan ən böyük məbləğ olsa da, ABŞ-ın ümumi hərbi xərclərinin yalnız 2,3%-ni təşkil edir. Ötən il ABŞ hərbi əməliyyatlar və dəstək üçün 295 milyard dollar, silah alışı, tədqiqat və inkişaf üçün 264 milyard dollar və şəxsi heyət üçün 167 milyard dollar xərcləyib.
Rusiyada hərbi xərclər 2022-ci ildə 9,2% artaraq təxminən 86,4 milyard dollar təşkil edib ki, bu da ÜDM-in 4,1%-nə bərabərdir. Bir il əvvəl bu rəqəm ÜDM-in 3,7%-i idi. Hesabatın müəllifləri Rusiya üzrə 2022-ci il üçün məlumatların yüksək dərəcədə qeyri-dəqiq olduğunu güman edirlər.
2022-ci ildə Ukraynanın hərbi xərcləri 44 milyard dollara çatıb ki, bu da bir il ərzində 640 faiz artım deməkdir. Nəticədə, müharibənin Ukrayna iqtisadiyyatına vurduğu zərər nəzərə alınmaqla, büdcəyə düşən hərbi yük 2021-ci ildəki 3,2%-dən 2022-ci ildə 34%-ə yüksəlib.
2022-ci ildə NATO-ya üzv ölkələrin ümumi xərcləri 1,232 trilyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0,9% çoxdur.
Asiya və Okeaniyada ümumi hərbi xərclər 575 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 2,7% və 2013-cü illə müqayisədə 45% çoxdur.
Dünyanın ikinci ən böyük hərbi xərcləri olan Çin ötən il hərbi ehtiyaclar üçün 292 milyard dollar ayırıb.Bu, 2021-ci illə müqayisədə 4,2%, 2013-cü illə müqayisədə isə 63% çoxdur.
Yaponiyanın hərbi xərcləri 2021-ci ildən 2022-ci ilə qədər 5,9% artaraq 46 milyard dollara və ya ÜDM-in 1,1%-nə çatıb. 1960-cı ildən bəri bu, hökumətin orduya ayırdığı ən böyük vəsaitdir.
Sahibsiz Robotlar Qəsəbə Qurdu: Texnologiyanın İnsanlığa Mesajı
22:12 / 23-04-2025
Dərdlərlə Danışan Bitkilər: Bioalqoritm Kənd Təsərrüfatını Dəyişir
21:44 / 23-04-2025
Kosmik Kəndlər Layihəsi: Ayda İlk Bio-Ekoloji Ferma Qurulur
21:18 / 23-04-2025
"İqlim Dəyişikliklərinə Uyğunlaşdırılmış Üzüm Sortları Yetişdirilir"
20:49 / 23-04-2025
"Sahibkarlıq Qadınların Əlində: Regionlarda Biznes Qadınlarına Yeni Dəstək"
20:30 / 23-04-2025
"Sağlamlıq Məlumatları Bulud Sisteminə Keçirilir: Yeni Dövr Başlayır"
20:22 / 23-04-2025
"Aqrar Sığorta Sistemində Rəqəmsallaşma Sürətlənir"
19:46 / 23-04-2025
"Yeni Süni İntellekt Əsaslı Kredit Sistemi Sahibkarlar Üçün Tətbiq Olundu"
19:30 / 23-04-2025
"Pambıqçılıqda GPS ilə Texnika İdarəsi İstehsal Keyfiyyətini Yüksəldir"
19:19 / 23-04-2025
"Tibbi Startaplar İxrac Potensialı ilə Seçilir"
18:50 / 23-04-2025
"Üzüm Yığımında Yeni Avtomatlaşdırılmış Sistem İstifadəyə Verilib"
18:30 / 23-04-2025
"Süni İntellektlə Torpaq Analizi: Fermerlərə Yeni Dəstək"
18:20 / 23-04-2025
"Kəndlərdə Startap Mühiti Yaranır: Təlimlər və Mentorluq Proqramları"
17:47 / 23-04-2025
"Fermerlər üçün Kənd Təsərrüfatı Məlumat Bazası Aktivləşdirildi"
17:30 / 23-04-2025
"Səhiyyə Təşkilatları Elektron Resept Sistemini Tətbiq Edir"
17:17 / 23-04-2025
"Pambıqçılıqda İqlimə Dayaqlı Sortlar Sınaqdan Keçirilir"
16:46 / 23-04-2025
"Gənc Sahibkarların Layihələrinə Dövlət Dəstəyi Artırılır"
16:22 / 23-04-2025
Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
16:00 / 23-04-2025
"Üzümçülükdə Yeni Texnologiyalar Məhsuldarlığı 40% Artırıb"
15:43 / 23-04-2025
Netanyahunun Azərbaycana səfəri gözlənilir
15:30 / 23-04-2025
"Süni İntellektlə Təşhis Sistemi Klinikaların Yükünü Azaldır"
15:17 / 23-04-2025
"Rəqəmsal Fermerlik Modeli Regionlarda Marağa Səbəb Olur"
15:00 / 23-04-2025
İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
14:22 / 23-04-2025
Balıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı hazırlanıb
14:17 / 23-04-2025
Bu ərazi Çinə birləşməlidir – İlham Əliyev
13:29 / 23-04-2025
AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
13:18 / 23-04-2025
Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
13:09 / 23-04-2025
Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
10:55 / 23-04-2025
Ötən il qlobal hərbi xərclər 2,24 trilyon dollara çatıb

Bölməyə aid digər xəbərlər

Tarix: 24-04-2023, 08:00 Oxunub: 166
Bölməyə aid digər xəbərlər
5-03-2023, 08:00
"Bu yaxınlarda Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır"
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
4-01-2023, 18:00
Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı və tarixi ədaləti bərpa edəcək" - RƏY
29-12-2022, 13:48
Azərbaycan iqtisadiyyatı 2022-ci ildə: Hansı çağırış və nailiyyətlər oldu, gözləntilər nədir?
12-12-2022, 14:30
Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələri XİN başçılarının iclasında iştirak edib - YENİLƏNİB-3
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
21-09-2022, 21:40
Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
6-02-2021, 12:19
Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO