Böyük Britaniya Azərbaycanda ən böyük sərmayədar və uzun illərdir ölkənin ən böyük ticarət tərəfdaşlarından biridir. Ölkələr arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir ki, bunlardan da ən mühümü energetikadır.
Böyük Britaniyanın enerji təhlükəsizliyi və iqlim məsələləri üzrə regional səfiri Devid Moran “Sahibkartv.az”a eksklüziv müsahibəsində ölkələr arasında əməkdaşlığın əsas iqtisadi aspektləri, eləcə də iqlim dəyişikliyinə qarşı birgə mübarizə barədə danışıb.
- Bir çox ölkələrin Rusiya qazına alternativ tapmağa çalışdığı indiki məqamda Böyük Britaniya Azərbaycanla enerji əməkdaşlığını genişləndirməyi planlaşdırırmı? Bunda BP-nin rolunu necə görürsünüz?
- Azərbaycan enerji təhlükəsizliyi sahəsində Böyük Britaniyanın uzunmüddətli tərəfdaşıdır. Biz həm hökumətlə, həm də təbii ki, BP ilə sıx əməkdaşlıq edirik. Xüsusi münasibətimiz var. 2021-ci ildə enerji keçidi sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması ilə rəsmən təsdiqlənən əməkdaşlığımızı davam etdirməkdən həqiqətən xoşbəxtik.
Memorandum bir sıra sahələrdə - təmiz enerji, enerji səmərəliliyi, aşağı karbonlu texnologiyalar, eləcə də enerji keçidi sahəsində qabaqcıl təcrübələri bölüşməyə kömək edəcək. Britaniya hökumətlər səviyyəsində qarşılıqlı əməkdaşlıq üçün çox şey edə, həmçinin BP və Azərbaycan şirkətləri ilə əməkdaşlığı davam etdirə bilər.
Çox yaxşı haldır ki, bu çətin zamanda Azərbaycan əlavə qaz həcmləri təchiz etməklə Avropanın təhlükəsizliyinə öz töhfəsini verib. Avropaya verilən qazın hər həcmi təbii ki, onlara kömək edir, Azərbaycanın isə bu dəstəyi göstərmək üçün lazım olan hər şeyi var.
- Böyük Britaniya və ya onun şirkətləri Azərbaycanın tamamilə “yaşıl” olmaq səylərində rol oynaya bilərmi? Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl” layihələrdə sizdən hansısa dəstək gözləyə bilərikmi?
- Bəli, biz Azərbaycanın əsas enerji tərəfdaşı olmaq istəyirik, çünki ölkə qalıq yanacaqlardan təmiz enerjiyə keçməyə çalışır. BP və digər şirkətlər Azərbaycanın bərpa olunan enerji bazarına daxil olmaqda və orada iştirak etməkdə çox maraqlıdırlar. Deməliyəm ki, artıq Azərbaycanda Britaniyanın bu sənayeni dəstəkləyən 300-400 enerji şirkəti var. İş yerləri yaratmağa və ölkəyə yeni bilik və bacarıqlar gətirməyə davam edəcək başqa Britaniya şirkətləri də var.
Bilirəm ki, BP artıq Azərbaycanda bərpa olunan enerji sahəsini genişləndirməyi planlaşdırır, şirkət Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdən keçirir. Böyük Britaniya hökuməti həmçinin Azərbaycanın dəniz külək enerjisi yol xəritəsinin maliyyələşdirilməsinə kömək edir.
Keçən il energetika naziriniz Pərviz Şahbazov Şimal dənizində dünyanın ən böyük dəniz külək stansiyasında olub, biz bərpa olunan enerji sahəsində təcrübəmizi bölüşməyə hazırıq. Bu da Azərbaycanın bu sahədə nəhəng potensialını reallaşdırmağa kömək edərdi.
- Qlobal çağırışlara uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyan neft-qaz sahəsində iki ölkə arasında artıq 30 illik uğurlu əməkdaşlıq mövcuddur. “Brexit”dən sonra bu amil hansısa şəkildə dəyişibmi?
- Biz neft və qaz sahəsindən kənarda əməkdaşlığın genişləndirilməsində çox maraqlıyıq, bunun üzərində kifayət qədər uzun müddətdir işləyirik. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək illik iqtisadi və ticarət dialoqumuzun əsas istiqamətini təşkil edir. Təmiz enerji ilə yanaşı, 2022-ci ildə İKT, səhiyyə və kənd təsərrüfatını gələcək üçün əməkdaşlığımızın prioritet sahələri kimi müəyyənləşdirmişik.
Biz infrastruktur, kreativ sənaye, nəqliyyat, rəqəmsal infrastruktur və s. sahələrdə əməkdaşlıq edirik. Son illər Böyük Britaniya və Azərbaycan arasında bir sıra yeni uğurlu əməkdaşlıq sazişləri bağlanılıb. Mütəxəssislərimiz Azərbaycanın xəstəxana tullantılarının idarə edilməsini təkmilləşdirmək üçün öz təcrübələrini bölüşürlər.
Həmçinin Böyük Britaniya Qarabağda yenidənqurma prosesinin baş planını dəstəkləyir.
- Böyük Britaniya və Azərbaycan iqlim dəyişikliyi problemlərinin həllində necə əməkdaşlıq edə bilər?
- Biz artıq iqlim dəyişikliyinin mənfi təsirlərinə daha yaxşı uyğunlaşmaq üçün birlikdə işləyirik. Ölkələrin 2030-cu ilə qədər tullantılarını iki dəfə azaltması çox vacibdir, çünki bunsuz əsrin sonuna qədər qlobal temperaturun hazırda proqnozlaşdırılandan 1,5 dərəcə az artmasının qarşısını almaq mümkün olmayacaq. Odur ki, bu, olduqca iddialı məqsəddir.
COP26-nın keçmiş səfiri kimi, şəxsən özüm həm Qlazqoda, həm də Şarm əş-Şeyxdə COP27-də tədbirində Azərbaycan nazirləri ilə görüşmüşəm. Apardığımız söhbətlər Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini və bu məsələdə bizimlə əməkdaşlıq etməkdə maraqlı olduğunu nümayiş etdirdi. Bu, bizim ümumi məqsədimizdir.
Çox vaxtımız yoxdur, indi hərəkətə keçməliyik, ona görə də etibarlı tərəfdaşların olması yaxşıdır. Yaxşı məqam odur ki, biz emissiyaların azaldılması və iqtisadi artım arasında ikili seçimlə üzləşməmişik. İqtisadi artım həqiqətən vacibdir, lakin 1990-cı ildən 2019-cu ilə qədər emissiyaları 44 faiz azaltdığımız halda iqtisadiyyatımızı 78 faiz artıra bildiyimizi müəyyən etmişik.
Biz çox istəyirik ki, Azərbaycan bərpa olunan enerji mənbələrinə keçsin və emissiyaları azaltsın. Şadıq ki, ölkə beynəlxalq iqlim öhdəliklərinə qoşulmağa davam edir.
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI
16:00 / 17-01-2025
Yaponiyada Robotlar İnsanlara Şeir Yazmağı Öyrədir
15:45 / 17-01-2025
Pensiya və minimum əməkhaqqı artımları bu şəxslərə şamil ediləcək
15:30 / 17-01-2025
İndoneziyada Vulkan Daşları "Almaz" Tapıntısına Səbəb Oldu
15:00 / 17-01-2025
İlham Əliyev və İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb
14:06 / 17-01-2025
Tramp Ermənistandakı rus bazasını çıxaracaq - Rusiyalı general
13:56 / 17-01-2025
Gürcüstanla sərhəd açılıb? - Görüntülər YAYILDI
13:38 / 17-01-2025
Britaniyanın enerji təhlükəsizliyi üzrə səfiri: “Azərbaycanın əsas enerji tərəfdaşı olmaq istəyirik”
Bölməyə aid digər xəbərlər
Tarix: 7-02-2023, 08:13 Oxunub: 96
Bölməyə aid digər xəbərlər
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
13-07-2022, 09:53
USAID: "Əsas prioritetlərimizdən biri 30 il sonra doğma evlərinə qayıdanlara dəstək verməkdir"
12-06-2022, 18:30
BMT Baş Assambleyasının Prezidenti Azərbaycan liderinə təşəkkür edib - EKSKLÜZİV MÜSAHİBƏ
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
22-02-2022, 23:37
İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - YENİLƏNİB + VİDEO
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
23-12-2021, 10:50
Leyla Əliyeva sərgidə iştirak edib - FOTO
10-10-2021, 13:01
İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub - FOTO
22-09-2021, 16:01
“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi Şuşada - FOTO/VİDEO
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
11-07-2021, 11:30
“BİZ” filminin rejissoru: “Qarabağ mövzusu bizim üçün heç zaman tükənməyəcək” - FOTO
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
11-05-2021, 08:29
"Biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk"
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO