Bunu "Sahibkartv.az"a a açıqlamasında "FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı"nın idarəetmə mütəxəssisi Namiq Məmmədov deyib.
Onun sözlərinə görə, bu, ölkədə toxumçuluq sektorunu daha rəqabətqabiliyyətli formaya salacaq, yerli toxum istehsalçılarının beynəlxalq toxum bazarına daxil olmasına şərait yaradacaq.
"Layihənin əsas məqsəd Azərbaycandalə toxum istehsalçılarının beynəlxalq bazarlara çıxışının asanlaşdırılmasına dəstək verməkdir. Xaricdən gətirilən toxum növlərinin Azərbaycanda sınaqdan keçirilməsi üçün şərait yaradılması mühümdür. Eyni zamanda, ölkənin toxumçularının beynəlxalq toxum bazarına daxil olmaq üçün mütləq şəkildə ölkənin labarotoriyalarında beynəlxalq ekspertizanın aparılması vacibdir. Bu, təmin edildikdən sonra artıq Azərbaycanda toxumçular bir neçə ildən sonra beynəlxalq bazara çıxıb öz məhsullarını satmaq imkanları əldə edəcəklər. Bu, daha çox perspektivdə nəzərdə tutulan işlərdir. Əsas problem budur ki, beynəlxalq standartlarla bağlı məlumatsızlıq var. Ölkə toxumçularının əksəriyyəti SSRİ dövründə tətbiq edilən normativlərlə işləyirlər, bu da həm daxili istehlakda, həm də məhsulların xarici bazara çıxışında müəyyən problemlər yaradır. Bu baxından fermerlərin maarifləndirilməsi, beynəlxalq normalar və standartlarla tanış olması, laboratoriya əməkdaşlarının bilik və bacarıqlarının artırılması zəruridir. Bundan əlavə, regionlarda toxum anbarlarının az olması da keyfiyyətli toxumun əldə edilməsində çətinlik yaradır. Bununla bağlı, hazırda “Azərbaycanda sağlam kartof toxumçulu sisteminin yaradılması” layihəsi çərçivəsində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Tovuz rayonundakı bölməsində sağlam kartof toxumu üçün anbarın tikintisinə başlayarıq. Baxmayaraq ki, Azərbaycanda müəyyən həcmdə kartof toxumu istehsal edilir, amma onların saxlanma şərairi çox aşağıdır. Saxlanma anbarlarının tələblərə cavab verməməsi toxumun keyfiyyətinə mənfi təsir göstərməklə yanaşı, məhsuldarlığı da azaldır".
Onun sözlərinə görə, bu layihənin əsas məqsədi Aqrar Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən laboratoriyaların beynəlxalq sertifikasiyaya uyğun hazırlığına dəstək vermək, onların İSO Standartlarına uyğun olaraq prosedurlara başladılması üçün texniki dəstək verməkdir: "Layihə "Tərəfdaşlıq Proqramı" çərçivəsində həyata keçirilir. Onun icrasına 2022-ci ilin aprel ayından başlanılıb, 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Layihənin əsas komponentləri arasında mərkəzi laboratoriyaların idarəetmə potensialının yaradılması, regional laboratoriyalar üçün koordinasiyanın qurulması nəzərdə tutulur. Məqsəd aqrokimyəvi laboratoriyalar üçün monitorinqlərin həyata keçirilməsi, məlumat sisteminin hazırlanmasıdır. Əsas komponent isə laboratoriyaların maddi bazasının və insan potensialının gücləndirilməsi nəzərdə tutulur".
N.Məmmədov deyib ki, bu məqsədlə beynəlxalq ekspertlər prosesə cəlb edilib: "Hazırda həmin laboratoriyaların qiymətləndirilməsi həyata keçirilir,. Belə ki, həm insan resurslarının, həm də maddi texniki bazasının qiymətləndirilməsi həyata keçirilir. Bu layihə çərçivəsində həmin laboratoriyaların mütəxəsisləri üçün toxum qeydiyyatı, toxum sertifikatlaşdırma sahəsində müvafiq təlimlər təşkil ediləcək. Mütəxəsislərin müxtəlif sahələr üzrə Avropaya və Türkiyəyə səfərləri nəzərdə tutulub. Eyni zamanda, mərkəzi laboratoriyanın maddi texniki bazasının gücləndirilməsi üçün müvafiq işlərin aparılması, müvafiq laboratoriya avadanlıqların alınması, işçilərin təlimləndirilməsi, laboratoriyaların beynəlxalq standartlara uyğunlaşdırılması nəzərdə tutulur".
O əlavə edib ki, regionlarda toxum-sınaq mərkəzlərinin təchizatının gücləndirilməsi, bu mərkəzlərin beynəlxalq səviyyədə işinin təşkili ilə bağlı dəstəyin verilməsi də planlaşdırılır: “Burada sahələrin beynəlxalq standartlara uyğunlaşdırılması, toxum-sınaq mərkəzlərində istehsal edilən məhsulların saxlanılma şəraitinin inkişaf etdirilməsi planlaşdırılır. Çünki bu sertifikasiyanın əsas tələblərindəndir. Toxumun keyfiyyətli saxlanılması üçün toxum-sınaq məntəqələrinin standartlara uyğunlaşdırılması nəzərdə tutulur".
Putinin aqressiv davranışlarının səbəbkarı Tramp deyil - ŞƏRH
14:22 / 21-02-2025
Evdən çıxmasanız, yaxşıdır! - Hava daha da pisləşəcək
13:48 / 21-02-2025
Azərbaycanda yeni qurum yaradıldı
13:43 / 21-02-2025
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
13:09 / 21-02-2025
Lerikdə İrandan gətirilən 10 kq narkotik aşkarlandı
12:48 / 21-02-2025
AYNA: Avtobusların hərəkətində gecikmələr var
12:33 / 21-02-2025
Pezeşkiandan Trampa Azərbaycanca mesaj: “Tülkü kölgəsində yatma...”
12:21 / 21-02-2025
Yol polisi hava şəraiti ilə bağlı piyadalara müraciət edib
12:04 / 21-02-2025
Azərbaycan Prezidenti Hulusi Akarı qəbul edib
11:59 / 21-02-2025
Hazırda respublikanın avtomobil yollarında vəziyyət necədir?
10:42 / 21-02-2025
Qarlı hava şəraiti ilə bağlı məktəblərə və valideynlərə ÇAĞIRIŞ - Rəsmi
10:36 / 21-02-2025
Xəzər dənizində zəlzələ oldu
09:51 / 21-02-2025
Buza görə bağlanan yol açıldı
09:42 / 21-02-2025
20 ölkə Trampa qarşı çıxdı: Ukraynaya dəstək - Makron
09:33 / 21-02-2025
Ukraynaya silah satışını dayandırdılar
09:28 / 21-02-2025
Xamenei Qətər əmirini "iynələdi": Yerinizdə olsaydıq...
09:23 / 21-02-2025
Arif Babayev "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif olunub
09:11 / 21-02-2025
Ukrayna ilə bağlı qadağa - bəyannamə hazırladılar
09:00 / 21-02-2025
Qlobal Ət Bazarında Bitki Əsaslı Alternativlər Artır
22:16 / 20-02-2025
Supermarketlərdə “Ağıllı Rəflər” Dönəmi Başlayır
21:47 / 20-02-2025
Sahibkarlıqda Robot Kuryerlər Yeni Dövr Açır
21:30 / 20-02-2025
Bostançılıqda Avtonom Robotlar İstifadə Edilir
21:22 / 20-02-2025
Çayçılıqda İqlim Dəyişikliyinə Qarşı Yeni Sortlar Yaradılır
20:49 / 20-02-2025
Dünyada Yeni Biosensorlar Xəstəliklərin Erkən Diaqnostikasını Asanlaşdırır
20:30 / 20-02-2025
Kənd Təsərrüfatında Torpaq Analizi üçün Dronlardan İstifadə Artır
20:19 / 20-02-2025
Fındıq Bağlarında Aqrobotlardan İstifadə Artır
20:00 / 20-02-2025
Dünyada İlk Şəhər Tipli Dəniz Fermerliyi Layihəsi Başladı
19:41 / 20-02-2025
Yerli Sahibkarlar Üçün Ağıllı Kənd Layihələri Başlayır
19:30 / 20-02-2025
Kənd Təsərrüfatında Mikrobiom Texnologiyası İnqilab Yaradır
19:23 / 20-02-2025
Market Şəbəkələrində “İsrafı Azaldan” Yeni Konsepsiyalar Yaradılır
18:51 / 20-02-2025
Fındıq Yağı və Fındıq Südü Yeni Trendlərdən Birinə Çevrilir
18:30 / 20-02-2025
Kənd Təsərrüfatında Nanotexnologiya Yeni Dövrə Başlayır
18:22 / 20-02-2025
FAO: "Azərbaycan toxumçuları beynəlxalq toxum bazarına daxil olacaq"
Bölməyə aid digər xəbərlər
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda həyata keçirdiyi “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nəzdindəki laboratoriya, ekspertiza və sertifikatlaşdırma xidmətlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Agentliyin nəzdində fəaliyyət göstərən mərkəzi laboratoriyanın və regionlardakı bölmələrin fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılacaq.
Tarix: 5-09-2022, 13:56 Oxunub: 156
Bölməyə aid digər xəbərlər
13-07-2022, 09:53
USAID: "Əsas prioritetlərimizdən biri 30 il sonra doğma evlərinə qayıdanlara dəstək verməkdir"
12-06-2022, 18:30
BMT Baş Assambleyasının Prezidenti Azərbaycan liderinə təşəkkür edib - EKSKLÜZİV MÜSAHİBƏ
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
15-05-2022, 11:19
Fermerin gəlirini, torpağın ömrünü necə uzatmaq olar? – TƏHLİL
26-03-2022, 17:01
FAO: "Dünyada ərzaq qiymətləri 22 %-ə qədər arta bilər"
26-01-2022, 09:05
"Avrora Qrup" ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyasının açlışını edib
11-09-2021, 22:11
Bitki yağlarının xeyri və zərəri: Xarici, yaxud yerli mala üstünlük verək? - ARAŞDIRMA
10-09-2021, 23:28
Cəlilabadda toxum sərgi-satış yarmarkası keçirilib
24-08-2021, 14:22
İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib - YENİLƏNİB + FOTO
8-05-2021, 08:31
Kənd Təsərrüfatı Nazirliyinin tərkibində yeni qurumlar yaradılıb
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
27-04-2021, 11:05
Azərbaycan Kosmik Agentliyi yaradılır - FƏRMAN
9-04-2021, 12:53
Azərbaycanda toxum emalında YENİLİK: “Plug & Play” texnologiyasını tətbiq edən ilk şirkət - FOTO
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO