İqtisadçı ekspert Eldəniz Əmirov “Sahibkartv.az”a açıqlamasında bildirib ki, Azərbaycan emal sənayesi üçün lazım olan xammal ehtiyatları ilə zəngin ölkədir:
“İxracımızın böyük hissəsini məhz xammal ixracı təşkil edir. Xüsusən ixracımızda neft və neft məhsulları böyük rol oynayır. Halbuki neft emalı sənayemiz daha çox inkişaf etsəydi, "Aİ-95" markalı benzini idxal etmək asılılığından qurtarmış olardıq. Hazırda biz "Aİ-92" markalı benzini ixrac edirik, amma "Aİ-95" benzinin də ixracatçısı ola bilərdik və neft məhsullarını daha kütləvi şəkildə ixrac edərdik. Karbohidrogen ehtiyatları baxımından emal sənayemiz inkişaf yolundadır, çünki ölkədə xammal bolluğu kifayət qədər yüksəkdir. Hazırda Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən modernizasiya və yenidənqurma işlərinin yekun mərhələsi icra edilir və bu işlərin 2026-2027-ci illərdə yekunlaşdırılması nəzərdə tutulur".
Onun sözlərinə görə, ixrac etdiyimiz kənd təsərrüfatı məhsulları əslində xammaldır: "Biz meyvə ixrac edirik ki, bu meyvə aqrar-sənaye kompleksi üçün xammaldır. Kənd təsərrüfatının emal sənayesini inkişaf etdirə bilsəydik, bu məhsulları emal edərək daha dəyərli məhsul şəkilində sata bilərdik. Amma biz meyvələri xammal olaraq satırıq. Çalışmalıyıq ki, kənd təsərrüfatı məhsullarını tarladan və fermadan deyil, emal müəssisələrimizdən xaricə çıxaraq. Bu zaman əlavə dəyər yaratmış olarıq”.
O, vurğulayıb ki, Cənub zonası, Quba və digər ərazilər meyvə-tərəvəzçilik baxımından önəmlidir: "Şəki-Zaqatala bölgəsində yetişdirilən fındığı biz xaricə satırıq. Halbuki, fındığın özü, qabığı, yaşıl rəngdə olan üst hissəsi bir xammaldır. Hansı məhsula baxsaq, o ixrac məhsulu olmaqla bərabər həm də xammal məhsuludur. Sadəcə biz emal sahələrini yarada bilmirik".
Eldəniz ƏmirovE.Əmirov deyib ki, Azərbaycan tikinti xammalı ilə də kifayət qədər zəngindir:
“Düzdür, elə xammal var ki, onunla bağlı çatışmazlığımız var. Məsələn, taxta-şalban materialı üçün meşələrdə xammal ehtiyatımız kifayət qədər deyil. Azərbaycan ərazisinin cəmi 11 %-i meşəlik ərazidir. Quruluş baxımından bu meşələrdə ağacların çox hissəsi taxta-şalban hazırlanması üçün uyğun deyil. Amma elə məhsullarımız var ki, onlarla emal sənayesini inkişaf etdirmək olar. İşğaldan azad edilmiş ərazilərimizdə bu məhsulların xüsusi çəkisi daha yuxarıdır. Əhəngdaşı, sement və digər tikinti təyinatlı məhsullar bizdə kifayət qədərdir. Naxçıvan özü kifayət qədər geniş xammal ehtiyatlarına malikdir. Amma bu potensialdan istifadə olunmur".
Ekspert bildirib ki, Azərbaycanda yalnız müəyyən innovativ məhsulların istehsalı üçün xammal defisitdir: "Bu sahədə idxaldan asılılığımız böyükdür. İnnovativ, texnoloji məhsulların istehsalı üçün xammal təchizatının xaricdən gətirilməsi mütləqdir. Amma bizim digər sahələr üzrə, yəni istər tikinti, istər, kənd təsərüfatı, istər neft sənayesi, hansı sayəhə baxsaq, görərik ki, ölkənin kifayət qədər xammal ehtiyatı, emal potensialı var”.
E.Əmirov Azərbaycanda emal sənayesinin inkişafına mane olan səbəblərə də toxunub:
“Emal sənayesinin inkişafında problemlər mövcuddur: "Bu problemlərdən biri kənd təsərrüfatına tətbiq edilən güzəştlərin emal sənayesinə tətbiq edilməməsidir. Vergi-gömrük güzəştləri və digər xüsusi güzəştlərin tətbiqi bu sahəni ciddi inkişaf etdirə bilər. Digər məsələ subyektiv faktorlardan qaynaqlanır. Bəzən xaricdən mal gətirib Azərbaycanda satan təsərrüfat subyektlərinin yerli emal müəssisələrinin yaradılmasında maraqsız olduğunu görürük. Çünki məhsulu xaricdən gətirib satarkən daha çox pul qazanırlar.Yerli emalın ölkəmizdə inkişaf etdirilməsi müəyyən təsərrüfat subyektlərinin iqtisadi maraqlarına xidmət etmir. Əslində isə xammal və potensial varsa, qanunvericiliklə müəyyən güzəştlər tətbiq edilərək bu sahəni inkişaf etdirmək olar və bunun üçün o qədər də böyük zəhmət və vəsait tələb edilmir. Sadəcə ciddi bir istək olmalıdır”.
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI
16:00 / 17-01-2025
Yaponiyada Robotlar İnsanlara Şeir Yazmağı Öyrədir
15:45 / 17-01-2025
Pensiya və minimum əməkhaqqı artımları bu şəxslərə şamil ediləcək
15:30 / 17-01-2025
İndoneziyada Vulkan Daşları "Almaz" Tapıntısına Səbəb Oldu
15:00 / 17-01-2025
İlham Əliyev və İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb
14:06 / 17-01-2025
Tramp Ermənistandakı rus bazasını çıxaracaq - Rusiyalı general
13:56 / 17-01-2025
Gürcüstanla sərhəd açılıb? - Görüntülər YAYILDI
13:38 / 17-01-2025
Azərbaycanın xammal potensialı emal sənayesinin inkişafı üçün kifayət edirmi?
Bölməyə aid digər xəbərlər
Rəqabət qabiliyyətli iqtisadi dayanıqlılığa nail olunması üçün əsas faktorlardan biri emal sənayesinin inkişaf etdirilməsi, hasilat və emal subyektləri arasında əlaqənin gücləndirilməsidir. Emal sənayesinin inkişafı üçün isə xammal təchizatı önəmli məsələdir.
Tarix: 18-08-2022, 13:51 Oxunub: 167
Bölməyə aid digər xəbərlər
11-07-2022, 13:01
Bahalaşan neftin qiyməti Azərbaycana necə təsir edə bilər?
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
17-04-2022, 13:05
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı?
8-04-2022, 22:10
İlham Əliyev Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib - YENİLƏNİB
27-02-2022, 21:19
Əlavə gəlirləri necə xərcləyək? - ARAŞDIRMA
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
16-09-2021, 18:20
SOCAR-dan benzinin bahalaşması ilə bağlı - AÇIQLAMA
16-09-2021, 09:58
SOCAR-dan benzinin bahalaşması ilə bağlı - AÇIQLAMA
17-08-2021, 22:22
“Kəlbəcər və Laçına xarici investisiyaları cəlb edəcək layihələr tam gücü ilə işləyir” - ŞƏRH
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
27-04-2021, 10:05
Azərbaycanın iri bankı bir sıra planlarını açıqladı
21-04-2021, 13:42
SOCAR-dan benzin qiymətləri ilə bağlı AÇIQLAMA
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO